Teodoziya Zarivna (; ) — ukraynalı yazıçı, şair, dramaturq, jurnalist, teatr tənqidçisi və tərcüməçi.

Həyatı Teodoziya Petrovna Zarivna 1951-ci ildə Qərbi Ukraynanın Ternopil vilayətinin Rıdodubı kəndində anadan olmuşdur. O, şair, esseist, roman yazıçısı, dramaturq, jurnalist, tərcüməçi, ədəbiyyat və teatr tənqidçisi, eyni zamanda ədəbi və mədəni televiziya proqramlarının müəllifi və aparıcısıdır.

O, İvan Franko adına Lvov Milli Universitetini (Filologiya fakültəsi, 1973) və Kiyev İ. K. Karpenko-Karı Milli Teatr, Kino və Televiziya Universitetini (Teatrşünaslıq fakültəsi, 1979) bitirmişdir. O, Kiyevdəki İvan Franko adına Milli Akademik Dram Teatrında və Ukrayna Milli İctimai Teleradio Şirkətində (UA:PBC) çalışmışdır.

Teodoziya Zarivna "Ədəbi studiya", "Təməl", "Başlanğıcda Söz var idi", "Yalnız çörəklə deyil…" kimi bir çox ədəbi silsilələrin və mədəniyyət proqramlarının müəllifi və aparıcısı olmuşdur.

Onun Artur Millerin "Bütün oğullarım" pyesinin ingilis dilindən ukrayna dilinə tərcüməsi 2017-ci ilin iyul ayında Kiyevdəki İvan Franko adına Milli Akademik Dram Teatrında premyera kimi təqdim olunmuşdur. O, "Dövrə üzrə fəaliyyət" (1991), "Əyalət düşüncələri" (2009), "Kül və metaldan" (2011) da daxil olmaqla beş şeir kitabının müəllifi olmuşdur. O həmçinin Ukraynada "Yaroslaviv Val Ədəbiyyat Mükafatı"nı (2015) qazanan "Göy quşlarının ovu" (2014) da daxil olmaqla dörd roman, iki teatr pyesi və bir çox sənədli film ssenariləri nəşr etdirmişdir.

O, Beynəlxalq Ədəbiyyat Festivallarında iştirak etmişdir: Bişkek, Qırğızıstan (2008), Sofiya, Bolqarıstan (2013), Kişinyov, Moldova (2014), Poznan, Polşa (2016), Brno, Olomouts, Praqa, Çexiya (2016), Vilnüs, Litva (2017) və eyni zamanda Çexiyanın Brno şəhərində keçirilən Beynəlxalq Elm Konfransında iştirak etmişdir.

2014-cü ildən etibarən o, Kiyevdə yaşayır. 2014-cü ilin noyabr ayından Teodoziya Zarivna Ukraynada "Kiyev" ədəbi jurnalının baş redaktorudur.

Teodoziya Zarivna "Vasil Simonenko Şeir Mükafatı" (1992), "Berezil Jurnalı Birinci Mükafatı" (1999 və 2004), "Kuryer Krivbasa Jurnalı Ədəbiyyat Mükafatı" (2003 və 2006), "Vladimir Svidzinski Şeir Mükafatı" (2010), televiziyada və kütləvi informasiya vasitələrində Ukrayna ədəbiyyatının populyarlaşdırılmasına görə "Dmitro Nitçenko Mükafatı" (2014) kimi bir sıra ədəbi mükafatlar qazanmışdır. "Göy quşlarının ovu" romanına görə "Yaroslaviv Val Ədəbiyyat Mükafatı" (2015) və "Panteleymon Kuliş Ədəbiyyat Mükafatı"na (2018) layiq görülmüşdür.

Əsərləri Şeirləri Dövrə üzrə fəaliyyət (1991, Ukrayna) Tərk edilmiş cənnət üçün bir izləyici (1997, Ukrayna) Gerbdəki vətən (2004, Ukrayna) Əyalət düşüncələri (2009, Ukrayna) Kül və metaldan (2011, Ukrayna) Poeziya (2016, Braziliya)

Romanları Aramızda böyüyən daşlar (1999) Saman cənnəti (2001) Söyüd taxtası (2008) Göy quşlarının ovu (2014)

Qısa hekayələr və novellalar Şirin albalıdan çıxan qız (2003) Dumanda göl (2006) Ətək kənarında qeydlər (2010) Kayzervalda qalxmaq (2017)

Pyesləri Hər kəs üçün etiraf. Teatr (Samerset Moemin romanı əsasında ukrayna dilinə tərcümə və pyes ssenarisi). Don Juan üçün şimal küləyi.

Sənədli film ssenariləri Kafedral. Oljiçin qayıdışı. İrina Vildenın iki həyatı. Vyaçeslav Çornovilin yolu. Kazak nəsilləri yaşayır… Aleksandr İlçenko. Maryanivkadan olan Orfey. Marko Vovçok, Ölümcül qadın. Azadlığın üzü.

İstinadlar

Kateqoriya:Ukrayna şairləri Kateqoriya:Ukrayna dramaturqları Kateqoriya:Ukrayna jurnalistləri Kateqoriya:1951-ci ildə doğulanlar Kateqoriya:Ukrayna yazıçıları Kateqoriya:Ukrayna qadınları