Josefa Veronika Humpalova–Zeman (; ) — Çexiya-Amerika jurnalisti, qəzet təsisçisi, feminist və sufrajist.
Həyatı Josefa Humpalova–Zeman 9 yanvar 1870-ci ildə Avstriya-Macarıstanın Bohemiya bölgəsindəki Suşitse şəhərində doğulub. 2 yaşı olanda ailəsi ilə birlikdə Amerika Birləşmiş Ştatlarına mühacirət edib. 30 iyun 1887-ci ildə İllinoys ştatının Çikaqo şəhərində Robert Zemanla ailə qurub, lakin növbəti il ondan boşanıb.
1889-cu ildə Humpalova–Zeman Ohayo ştatının Klivlend şəhərindəki "Western Reserve" Qadın Kollecinə (indiki Flora Stone Mather Kolleci) daxil olub. They were divorced the following year.
İctimai fəaliyyəti 1890-cı illərin əvvəllərində Humpalova–Zeman Çexiya Xanımları Birliyinə qoşulub və cəsarətli bir natiq kimi tanınıb. O, həmçinin ABŞ Milli Qadın Şurasının üzvü olub.
1893-cü il mayın 15-də Çikaqoda Dünya Sərgisi çərçivəsində Ümumdünya Qadınlar Konqresi açılıb. Konqresə dünyanın hər yerindən ümumilikdə 476 nümayəndə toplaşıb. Dünya Kolumb Sərgisində (Çikaqo Dünya Sərgisi) "Çex Qadınlarının Hazırlıq İşləri üzrə Komitəsi"nin katibi təyin edilib. Sərgidə Bohemiya nümayəndəsi kimi iştirak edərək, qadınların sosial liderliyi mövzusunda çıxış edib. O, sərgidən "dil millətçiliyini" yaymaq və yeni qadın təşəbbüslərini təşviq etmək üçün bir fürsət kimi istifadə edib. Josefa Humpalova–Zeman çexlərin adından natiq seçilib. O, iclasın üçüncü günü çıxış edərək böyük uğur qazanıb. Amerikanın ən nüfuzlu feminist qəzeti Zemanovonun mühazirəsini xarici ölkə nümayəndələrinin bütün məruzələri arasında ən maraqlısı adlandırıb. Uğurlu çıxışı sayəsində o, Beynəlxalq Qadınlar Şurasının çexlər üzrə üç sədridən biri seçilib. Bəzi alman nümayəndələr çex qadınlarını bir avstriyalı müxbir və vitse-prezidentin təmsil etməsini təklif etsələr də, Humpál-Zemanová bunu qətiyyətlə rədd edib. O, həmçinin Rusiyanın Polşanın bir hissəsi üzərindəki hökmranlığına görə rus nümayəndələrinin polyak qadınlarına qarşı etmək istədiyi oxşar hərəkətin qarşısını alaraq polyakları müdafiə edib. Bundan başqa, o, Josefina Naprstkova ilə birlikdə bu sərgi üçün 200 çex tikməsinin borc verilməsini təşkil edib. Avstriya-Macarıstanın sərgi iştirakı üzrə Vyana komitəsi çex ekspozisiyasının populyarlığının monarxiyanın rəsmi ekspozisiyasını kölgədə qoyacağından qorxaraq qadağa ilə hədələyib. Qadınlar bütün tikmə kolleksiyasını sərgi başlamazdan əvvəl Çikaqo muzeyinə bağışlayıblar və beləliklə, sərgi icazəsiz mümkün olub.
Konqresdə Josefa Humpalova–Zeman assambleyanın sədri seçilmiş amerikalı Mary Vright Sevall ilə tanış olub. Josefa Humpalova–Zeman Praqada Qadın Klubu yaradıldıqdan sonra Sevalla məktub yazaraq onu Praqaya dəvət edib. Sevall 25 iyun 1905-ci ildə Praqaya gəlib və orada Josefina Naprstkova və Cohanna Daneşova ilə tanış olub.
1893-cü ildə Humpalova–Zeman Çikaqo Universitetinə daxil olub.
Jurnalistika fəaliyyəti 1894-cü ildə Humpalova–Zeman Çikaqoda "Ženské Listy" (Qadın Qəzeti) qəzetinin əsasını qoyub. Bu, Amerika Birləşmiş Ştatlarında çex qadınları üçün nəşr olunan ilk mətbu orqan, həmçinin dünyanın istənilən yerində çıxan ilk Bohemiya qadın qəzeti olub. O, qəzetin redaktoru və baş meneceri vəzifəsində çalışıb. Jurnal 14 iyun 1894-cü ildən əvvəlcə on beş gündən bir, daha sonra isə aylıq olaraq nəşr olunmağa başlayıb. Bu, ABŞ-da çex qadınları tərəfindən redaktə edilən ilk çex jurnalı olub. Josefina onun konsepsiyasını hazırlayıb və ilk redaktoru olub. Jurnalın ilk dövrləri Josefa üçün asan keçməyib. Slavyan jurnalistləri ona lağ edib, haqqında şayiələr uydurub və reputasiyasını məhv etməyə çalışıblar. Emansipasiya cəhdlərinə görə həm kişilər, həm də qadınlar tərəfindən tənqid olunub, "yalançı" və "münafiq" adlandırılıb. Tənqidçilər onun qadın azadlığı ilə bağlı niyyətlərinin səmimiliyini sarsıtmaq üçün onun inancından istifadə ediblər (o, presviterian kilsəsinə mənsub idi). Azad düşüncəli qadın ideyasını bəyənməyən kişi tənqidçilər Josefanı emansipasiya mövzusundan yalnız qadınları kilsəyə cəlb etmək üçün istifadə etməkdə günahlandırıblar. Nifrət dolu şərhlərin və şayiələrin yayılmasına baxmayaraq, onun yanında dayanan rəfiqələri olub. Tezliklə ətrafına əlli nəfər mütərəqqi fikirli və emansipasiyaya can atan qadını toplayaraq, 1898-ci ildə jurnalı səhmdar cəmiyyətə çevirib və beləliklə, nəşriyyat bazasını sabitləşdirib. "Ženské listy" həftəlik çıxmağa başlayıb və ən çox oxunan qadın jurnalı mövqeyini tutub.
1897-ci ildə isə Slavyan Jurnalistlərin İcraçı Katibi təyin edilib. 1898-ci ildə Josefa Klivlenddəki Çex-Slavyan jurnalistləri toplantısında iştirak edən yeganə qadın olub. Orada o, birliyin katibi vəzifəsinə layiq görülüb. Bu vəzifənin verilməsi ilə kişi jurnalistlər həm qadınların bərabərliyini, həm də qadın hərəkatının legitimliyini qəbul ediblər. "Ženské listy" həmçinin öz mətbəəsini — Amerikadakı ilk çex mətbəəsini əldə edib. 1901-ci ilin aprel ayının ortalarında o, redaksiyanın rəhbərliyini xələfi Bojena Pavlikova-Veselaya təhvil verib. Eyni zamanda Amerikadan Praqaya köçüb, "Chicago Daily News"un müxbiri olub, Elişka Krasnohorska ilə əlaqələr qurub və Çexiyadakı "Ženské listy" jurnalına yazılar göndərib. Həm ingilis, həm də çex dillərində yazıb. Vəfatından qısa müddət əvvəl, 1905-ci ildə Şimaçek nəşriyyatında Amerika haqqında tənqidi yol qeydlərini (o cümlədən "Amerikada qadın", "Amerika təhsil sistemi" fəsilləri ilə) nəşr etdirib. and "took advantage of the exposition" to "promulgate... linguistic nationalism" and promote "new women’s initiatives."
Son illəri və vəfatı Humpalova–Zeman 1901-ci ildə "Ženské Listy" redaksiyasından istefa verib. O, Praqaya köçüb və burada 1904-cü ildə "Šťastný domov" (Xoşbəxt ev) qəzetini təsis edib.
1905-ci ilin aprelində Cosefa Şarlotta Masarikova ilə mübahisə edib. Əsəbiləşmiş Humpalova–Zeman görüşdən çıxıb və küçədə onu insult vurub. Bundan sonra Masarikovanın bu insulta səbəb olduğu barədə şayiələr yayılıb. Masarikovaya qarşı ən kəskin mövqedə yazıçı Bojena Vikova-Kunetiçka dayanıb. "Národní Listy" qəzetində onun "Xanım Masarikova!" adlı hücum xarakterli mətni dərc olunub. Bu mübahisə çex qadın cəmiyyətini iki yerə bölüb. Lakin Şarlotta Masarikovanın Humpalova–Zemanın ölümündə birbaşa payı olması tezliklə təkzib edilib. Josefanın artıq insulta meyli var idi və o dövrün jurnallarında onun uzun müddətdir xəstə olduğu yazılmışdı. İnsultdan sonra o, iş qabiliyyətini itirib, bədəninin sağ tərəfi iflic olub, danışa və yaza bilməyib. Onun qayğısına ixtisasca müəllim olan rəfiqəsi Bojena Tesarova qalıb. Bir il sonra Josefanı növbəti, bu dəfə ölümcül insult vurub. O, 23 aprel 1906-cı ildə vəfat edib.
25 aprel 1906-cı ildə Praqa-Straşnitse şəhərində keçirilən dəfn mərasimindən sonra Olşanı qəbiristanlığında dəfn olunub. Stanislav Sucharda onun üçün "Ruh qaçır" adlı modern üslublu qəbirüstü heykəl hazırlayıb.
İstinadlar
Xarici keçidlər