Jenijok Kokoyev və ya əsl adı ilə Oto Koko oğlu (; ) — XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşamış Qırğızıstan şairi, akını, mütəfəkkiri və humanist xadimi.
Həyatı Jenijok Kokoyev yoxsul bir ailədə anadan olmuşdur. O, Çin qırğızların çodan tayfasından idi. Jenijok kiçik yaşlarında yetim qalmış və çiçək xəstəliyinə tutulmuşdu. Sonra kəndə hakim olan varlı bir kişi epidemiyadan qorxaraq oğlanın öldürülməsini əmr etmişdi, lakin varlı kişinin adamları gənc oğlana dözə bilməyərək onu tacirlərin yanına aparıb yola salmışdılar. Valideynlərini erkən yaşda itirən Jenijok doğma yerlərini tərk etmək məcburiyyətində qalmışdır. O, Aksu və Əndican bölgələrində əmiləri ilə birlikdə yaşamış, sonra Qara-Suya köçmək məcburiyyətində qalmışdır. Hələ yeniyetmə yaşlarından "Qojojaş", "Er Teştuk" kimi məşhur dastanları və "Semetey" eposunu ifa etmişdir. O, gənc yaşlarında Fərqanə, Ketmen-Töbə və Talas vadilərinə səyahət etmişdir.
Bir akın kimi o, öz əsərlərini yazıya almamışdır. Xalq yaddaşı onun yalnız "terme"lərinin mətnlərini qoruyub saxlaya bilmişdir. Jenijok bir çox nəsihətamiz mahnıların, öyüd-nəsihətlərin, ifşaedici əsərlərin, həmçinin fəlsəfi məzmunlu "terme"lərin, o cümlədən yaşadığı dövr haqqında olan mahnıların ("zaman ırı") müəllifi olmuşdur. Jenijok ilə Esenaman arasındakı deyişmə "aytıs" sənətinin klassik nümunəsi hesab edilmişdir.
Sovet dövründə akın Jenijok Koko oğlu yaradıcılığı "reaksion-mistik" xarakterli hesab edilərək qadağan olunmuş, onun əsərləri yalnız 1982-ci ildən etibarən nəşr edilməyə başlanmışdır.
Mirası Hazırda Cəlalabad şəhərində və Bişkek şəhərinin Gök-Jar yaşayış massivindəki küçələrdən biri akının adını daşımaqdadır.
İstinadlar
Əlavə ədəbiyyat Кыргыз энциклопедиясынын. Башкы редакциясы «Мурас» илимий-пропагандалык ишкер долбоору Бишкек, 1995 Бейше Урстанбеков, Тынчтыкбек Чороев. Кыргыз тарыхы: Кыскача энциклопедиялык сөздүк. - Фрунзе: Кыргыз Совет Энциклопедиясынын Башкы редакциясы. 1990. - ISBN 5-89750-028-2. – 288 бет.
Xarici keçidlər Жел жетпеген Жеңижок Kateqoriya:Qırğızıstan şairləri Kateqoriya:Humanistlər