Fəxrəddin Kərim Göyay (; ) — türk siyasətçisi, dövlət məmuru, professor və həkimi. Bir sıra nazir vəzifələrində çalışmış Fəxrəddin Kərim, daha çox İstanbulun uzunmüddətli meri kimi tanınır. Erkən iləri Fəxrəddin Kərim Göyay, 9 yanvar 1900-cü ildə Əskişəhərdə anadan olub. Atası Krımın Kerç şəhərindən olan Krım tatarı Hacı Kərim Əfəndi, anası isə Dobrucadan köçmüş bir ailənin qızı Hacı Əzizə xanım olub. İbtidai təhsilini doğma şəhərində başa vurduqdan sonra İstanbulda liseydə oxuyub.

Göyay, 1922-ci ildə həkim olaraq məzun olduğu İstanbul Universitetinin Tibb fakültəsində təhsil alıb. Sonra 1922-1924-cü illərdə Almaniyanın Münxen və Hamburq Universitetlərində, həmçinin Avstriyanın Vyana Universitetində əsəb xəstəlikləri üzrə ixtisaslaşaraq tədqiqatlar aparıb.

Göyay 1926-cı ildə dosent, 1933-cü ildə professor, 1942-ci ildə isə ordinarius professor elmi adlarını alıb. O, həmçinin Türkiyə Qırmızı Aypara Cəmiyyətinin sədri olub.

Dövlət məmuru 1949-cu il oktyabrın 24-də o, Lütfi Kırdarın ardınca İstanbulun meri və bələdiyyə sədri təyin edildi. Göyay bu vəzifəsində 1957-ci il noyabrın 26-na qədər qaldı. onun dövründə azgəlirli sakinləri qorumaq üçün İstanbulda əsas ərzaq məhsullarına qiymət nəzarəti tətbiq edilib. İstanbul bələdiyyəsi 1954-cü ildə İsveçrənin "Migros" şirkəti ilə birgə müəssisə kimi "Migros Türk"ün əsasını qoydu və bu müəssisə ilkin olaraq səyyar satış maşınları vasitəsilə fəaliyyət göstərdi. Göyay İstanbul surlarının xaricindəki ərazini şəhərləşməyə açdı. O, həmçinin İstanbulda əlliyə yaxın məktəbin təməlinin qoyulmasında təşəbbüs göstərib. Vəzifədə olduğu müddətdə boyunun balacalığına görə "Kiçik vali" ləqəbini almış və karikaturalarda bu şəkildə təsvir edilən sevilən bir personaja çevrilmişdi. 1955-ci il sentyabrın 6-7-də baş vermiş İstanbul iğtişaşları zamanı nümayiş etdirdiyi passiv davranışına görə günahlandırılaraq, 1960-cı il dövlət çevrilişindən sonra Yassıadada hərbi tribunal qarşısında mühakimə olunub.

Kərim Göyay 1957-ci il noyabrın 23-də İsveçrəyə səfir təyin edilib və 1960-cı il iyulun 2-nə qədər Berndə bu vəzifəsini icra edib. Siyasi fəaliyyəti 1961-ci il ümumi seçkilərində Göyay, Yeni Türkiyə Partiyasından namizədliyini irəli sürərək siyasətə qədəm qoydu və İstanbulun millət vəkili oldu. İsmət İnönü kabinetində Göyay 1962-ci ilin iyulundan etibarən Tikinti və Mənzil naziri, sonra isə 1963-cü il noyabrın 27-dən dekabrın 25-nə qədər Səhiyyə və Sosial Təminat naziri vəzifələrində çalışıb. O, 1965-ci ildə siyasətdən təqaüdə çıxıb.

Göyay 22 iyul 1987-ci ildə, 87 yaşında İstanbulda vəfat edib. İrsi İstanbulun Kadıköy ilçəsinin əsas küçələrdən biri onun adını daşıyır. İstanbulun Kiçikçəkməcə ilçəsinin Səfaköy qəsəbəsində onun adını daşıyan Anadolu Liseyi vardır. İstinadlar

Kateqoriya:İstanbul Universitetinin müəllimləri