Əbu Müzahim Musa ibn Ubeydullah ibn Yəhya əl-Xaqani (; ) — təcvidlə bağlı ilk dəfə kitab yazmış alim, ədib və şair. O, ailəsindən fərqli olaraq özünü Quran qiraətinə, hədis öyrənməyə və ibadətə həsr etmişdir.
Həyatı Əbu Müzahim əl-Xaqani 862-ci ildə Bağdadda anadan olub.
Onun babası, atası və qardaşı Abbasi xəlifələrinin vəziri olublar. Nüfuzlu ailəyə mənsub olduğundan yaxşı təhsil alıb. Həsən ibn Əbdülvəhhab əl-Vərraq, Məhəmməd ibn Fərəc əl-Qəssani, Əhməd ibn Yusif ət-Təğləbi, İdris ibn Əbdülkərim əl-Həddad, Məhəmməd ibn Yəhya əl-Kisaidən Quran və qiraət öyrənib, Əbu Qilabə ər-Rəqaşi, Məhəmməd ibn İsmayıl ət-Tirmizi və Abdullah ibn Əhməd ibn Hənbəldən hədis dinləyib.
Əbu Müzahim əl-Xaqani başda qiraət olmaqla, təcvid, hədis, Ərəb dili və ədəbiyyatı sahələrində özünü inkişaf etdirib. Onun Muaviyəyə olan sevgisini ifadə etmək üçün bir şeir yazdığı da deyilib.
Ondan Əbu Bəkr Əhməd ibn Nəsr əş-Şəzai, Məhəmməd ibn Əhməd əş-Şənəbuzi kimi şəxslər ondan qiraət öyrəniblər. Ondan hədis rəvayət edən isə Əbu Bəkr əl-Əcurri, Əbu Tahir ibn Əbu Haşim və Əbu Həfs ibn Şahindir.
Əbu Müzahim əl-Xaqani 937-ci ilə Bağdadda vəfat edib.
Əsərləri Onun məlum olan əsərləri bunlardır:
Əl-Qəsidətür-rəiyyə (və ya "əl-Qəsidətül-Xaqaniyyə"). Bu əsər təcvid elmi ilə bağlı qələmə alınmış ilk əsərdir. Əl-Qəsidə fil-fuqəha. Əl-Qəsidə fis-sünnə.
İstinadlar