"Mother Nature" () – Lüksemburq müğənnisi, bəstəkarı və skripkaçısı Eva Mariyanın ifa etdiyi mahnı. Eva bu mahnı ilə 2026 Avroviziya Mahnı Müsabiqəsiində Lüksemburqu təmsil etmişdir. Bu, Lüksemburqun "Avroviziya" tarixində tamamilə ingilis dilində ifa olunan ilk mahnısı, həmçinin ölkənin 2024-cü ildə müsabiqəyə qayıtmasından sonra final mərhələsinə adlaya bilməyən ilk təmsilçisidir.
Tarixi "Avroviziya" mahnı müsabiqəsi "Luxembourg Song Contest 2026" 30 oktyabr 2025-ci il tarixində Eva Mariyanın "Luxembourg Song Contest 2026" müsabiqəsinin 8 iştirakçısından biri olduğu elan edilmişdir. Onun yarışmadakı "Mother Nature" mahnısı 12 dekabr 2025-ci il tarixində işıq üzü görmüşdür. Müsabiqə 14 yanvar 2026-cı il tarixində baş tutmuş və Mariya superfinalın üç iştirakçısından biri olmuşdur. Səsvermənin yekununda həm münsiflər heyətinin, həm də xalq səsverməsinin nəticələrinə görə birinci sırada qərarlaşaraq qalib gəlmiş və Lüksemburqu 2026 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanmışdır.
"Avroviziya" müsabiqəsində 2026 Avroviziya Mahnı Müsabiqəsi Vyanada yerləşən "Wiener Stadthalle" kompleksində baş tutmuş, müvafiq olaraq 12 may və 14 may tarixlərində keçirilən iki yarımfinal mərhələsindən ibarət olmuşdur, final isə 16 may 2026-cı il tarixində reallaşmışdır. 12 yanvar 2026-cı il tarixində keçirilən püşkatma mərasimi zamanı Lüksemburq 14 may 2026-cı il tarixində çıxış etmək üçün ikinci yarımfinalın birinci hissəsinə düşmüşdür.
Mübahisələr "Mother Nature" mahnısı bəzi insanların onunla Birdinin "Keeping Your Head Up" kompozisiyası arasında oxşarlıqlar olduğunu iddia etməsi səbəbindən mübahisələrə yol açmış və RTL şirkəti məsələ ilə bağlı tərəfdaşları ilə məsləhətləşmələr aparmışdır. Lüksemburqun "Avroviziya" üzrə media meneceri Cef Şpilman mətbuata verdiyi açıqlamada "Mother Nature" mahnısının ötən il "Rockhal"da təşkil olunan yaradıcılıq düşərgəsi zamanı bəstəkarlar tərəfindən ifaçı ilə birlikdə yazıldığını və Birdinin mahnısının heç bir şəkildə prototip rolunu oynamadığını bildirmişdir. 11 fevral 2026-cı il tarixində kompozisiyanın "Avroviziya" müsabiqəsində iştirakına rəsmən icazə verilmişdir.
Çartlar + «Mother Nature» – diaqram nəticələri Diaqram, 2026 Pikmövqeyi Lüksemburq (Billboard) 25
İstinadlar
Kateqoriya:2025-ci ilin sinqlları Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi mahnıları Kateqoriya:2026-cı ilin sinqlları Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:Lüksemburq Avroviziya Mahnı Müsabiqəsində