thumb|346x346pks|Uilyam Hoqartın "Hudibrasın Skimminqtonla qarşılaşması" qravürü (Semyuel Batlerin "Hudibras" kitabına illüstrasiya)
Şarivari (, ) — orta əsrlər Fransasında, həmçinin XIX əsrin sonlarına qədər Kanadada hər hansı bir şəxsin yenidən (növbəti dəfə) ailə qurması münasibətilə təşkil edilən şən toy gecəsinin xüsusi bir növü. Müasir fransız dilində bu termin tavan, ləyən, qazan və digər mətbəx qablarının köməyi ilə çıxarılan məzhəkəli, lağlağı küy vasitəsilə həyata keçirilən sosial məcburiyyət (təzyiq) formasını ifadə edir. Bəzən şarivari ritualı hədəf seçilən şəxslərin üzərinə nəcis atılmasını da əhatə edirdi.
Şarivari aksiyasına səbəb ola biləcək amillər arasında aşağıdakılar var idi: evlənənlər arasında yaş fərqinin həddindən artıq çox olması; dul qalanların yenidən evlənməsi; arvadları tərəfindən döyülən kişilər; varlı, lakin qoca bir namizəd və ya əcnəbi bir şəxs xatirinə ictimai rəy baxımından xeyirxah sayılan bəyi atan qızlar; nikahdan kənar cinsi həyat sürən qızlar; toya ağ gəlinlik geyinən hamilə gəlinlər; pulları xatirinə qadına "satılan" gənclər; xəyanət üstündə yaxalanan evli qadınlar; evli kişilərlə sevgi münasibəti yaşayan qızlar; arvadlarının xəyanətinə göz yuman kişilər; yaxın qohumların evlənməsinə qoyulan qadağanı pozan toylar.
XVIII əsrə yaxın şarivari ritualı haq-hesab istəmə (veçer/xələt tələb etmə) adətinə oxşar bir formaya çevrilmişdi; belə ki, iştirakçılar yeni evlənənlər onlara müəyyən məbləğdə pul verənə qədər səs-küy salır, aldıqları pulu isə dərhal ən yaxın meyxanada içkiyə xərcləyirdilər. Bənzər bir adət Fransasının bəzi kənd rayonlarında XIX əsrə qədər hifz edilib saxlanılmışdı. Şarivari həmçinin XIX əsrdə Kanadada, xüsusən də ingilisdilli əhali arasında mövcud olmuşdur.
İstinadlar
Əlavə ədəbiyyat siyahısı
Banks, Stephen (2014) Informal Justice in England and Wales 1760-1914 Woodbride, UK: Boydell Press
Chapter XI: The Charivari
Xarici keçidlər
DarkDorset.co.uk: Skimmington Riding (Several examples given in detail) Exclassics.com: online text of Hudibras by Samuel Butler, 1805 edition Part 2, Canto 2, lines 565–844 describe the mock-heroic attack by Hudibras and his squire Ralpho upon the skimmington (not named as such in the text) and their ignominious escape Samuel Butler (ed. Henry G. Bohn, with notes from Grey and Nash) Hudibras Vol 1, p. 196, (1859) Annotated edition The footnote describes a skimmington, and likens it to examples from Plutarch and Juvenal. It also states that "The details of the Skimmington are so accurately described by the poet, that he must have derived them from actual observation." Archive.org: John Brand, The Popular Antiquities of Great Britain, (1905 edition) pp. 551–552. Several early examples of skimmington rides and similar unnamed customs between 1562 and 1790, including one in Seville (1593) Archive.org: John Brand, The Popular Antiquities of Great Britain, (1905 edition) p. 563. Descriptions of Riding the Stang Notbored.org: Rough music Thomas Hardy, The Mayor of Casterbridge (1884), chapters 36, 39. Terry Pratchett, I Shall Wear Midnight (2010), chapter 2. Patrick Gale, Rough Music (2000) Archive.org: John Brand, The Popular Antiquities of Great Britain, (1905 edition) pp. 551–552. Several early examples of rough music, skimmington rides and similar unnamed customs between 1562 and 1790, including one in Seville (1593) Archive.org: John Brand, The Popular Antiquities of Great Britain, (1905 edition) p. 563. Descriptions of Riding the Stang, including a ran-tan rhyme
Kateqoriya:Etiraz aksiyaları taktikaları Kateqoriya:İngilis folkloru Kateqoriya:Kanada bayramları Kateqoriya:Kanada ənənələri Kateqoriya:Toy Kateqoriya:Viqilantizm