Mediçi sütunu () — Parisin mərkəzində, Al məhəlləsində yerləşən memarlıq-tarix abidəsi. Bu tikili kraliça Yekaterina Mediçinin vaxtilə burada ucalan malikanəsindən geriyə qalan yeganə hissə, həmçinin onun Florensiyadan özü ilə gətirdiyi astroloq Kozimo Rucciyeri üçün tikdirdiyi astronomik rəsədxanadır. Bu, 1862-ci ildən bəri Fransa dövləti tərəfindən tarixi abidə kimi mühafizə olunur.

Yekaterina Mediçinin vəfatından sonra onun sarayı 1601-ci ildə IV Henrixin bacısı Yekaterina de Burbon, daha sonra isə Karl de Burbon-Suassonyə satılmışdır. Həmin dövrdən etibarən Suasson sarayı adlandırılan mülk Karlın müflis olmuş varisləri tərəfindən satılaraq 1748-ci ildə dağıdılmışdır. Lui Peti de Baxomon bu söküntüdən yalnız sözügedən sütunu satın alaraq xilas edə bilmişdir.

1763–1767-ci illərdə şəhər Taxıl anbarının (1889-cu ildə bu dairəvi bina şəhər Ticarət Birjasına çevrilmişdir) inşası zamanı sütun divarın içinə daxil edilmiş və bununla da öz ilkin xarici görünüşünü itirmişdir.

İstinadlar

Kateqoriya:Astrologiya tarixi Kateqoriya:Mediçilər Kateqoriya:Paris fəvvarələri Kateqoriya:Parisin I arondismanındakı binalar və tikililər