Basketbol üzrə Azərbaycan Kuboku – Azərbaycanda hər il kişi klubları arasında keçirilən basketbol kuboku. İlk turnir 2023-cü ildə keçirilmişdir.

Tarix və format Azərbaycan Kubokunun ilk turniri 2019/2020 mövsümündə keçirilsə də, COVID-19 pandemiyası səbəbilə yarış yarımçıq dayandırılmışdır. İlk tam turnir 2023-cü ildə baş tutmuşdur. Kubokda iştirak edən 8 klub A və B qrupları üzrə mübarizə aparmışdır. Açılış oyunu 21 mart 2023-cü ildə "Sabah" və "Gəncə" klubları arasında keçirilmiş, gəncəlilər 97–59 hesabı ilə qalib gəlmişdir. Kubokun ilk qalibi finalda "NTD" klubunu 100–89 hesabı ilə məğlub edən "Gəncə" olmuşdur.

2024-cü ildə iştirakçı komandaların sayı 10-a yüksəlsə də, format saxlanılmışdır. 2025-ci ildə kubokda iştirakçıların sayı 12-yə yüksəlmiş, qrup formatı ləğv olunmuş, pley-off sistemi tətbiq olunmağa başlamışdır. "Gəncə" klubu 2026-cı ildəki turnirdə "Sabah" klubunu 89–82 hesabı ilə məğlub edərək kuboku ikinci dəfə qazanan ilk komanda olmuşdur.

Finalların siyahısı İl Çempion Hesab İkinci Şəhər Arena MVP2023 100–89 NTD Bakı Sərhədçi İdman Mərkəzi Kollin Törner2024 65–61 Xəzri Bakı Sərhədçi İdman Mərkəzi Ulaş Turqut2025 81–72 Gəncə Bakı Bakı İdman Sarayı Detrek Brauninq2026 89–82 Sabah Bakı Bakı İdman Sarayı Cervis Qarret

Klublara görə nəticələr KlubQalibFinalçıYarımfinalQalib mövsümləriİkincilik mövsümləriYarımfinalçı mövsümləri Gəncə 2023, 2026 2025 – NTD 2025 2023 2024 Neftçi 2024 – 2023, 2025 Naxçıvan – 2024 2025 Sabah – 2026 – Abşeron Lions – – 2023 Sərhədçi – – 2024 Ordu – – 2026 Şəki – – 2026

İstinadlar

Kateqoriya:Azərbaycanda basketbol