Filipp Fransua Nazer Fabr, həmçinin Fabr d'Eqlantin (; ) — Fransa yazıçısı və siyasi xadimi. O, 1780-ci ildə bəstələnmiş "Il pleut, il pleut, bergère" adlı populyar mahnının müəllifidir.
Həyatı Fəaliyyətinin başlanğıcında aktyorluq etmiş, lakin tezliklə özünü ədəbiyyata həsr etmişdir. Bir neçə uğursuzluqdan sonra Molyerin eyniadlı personajına pozğun aristokrat cizgiləri verdiyi və bir sıra şənləndirici, sərbəst səhnələrlə Fransa aristokratiyasının mənəviyyatını olduqca tünd rənglərlə təsvir etdiyi "Molyerin "Filinti"" komediyası ilə diqqəti cəlb etmişdir. Daha sonra müəllifin "L’intrigue épístolaire" (hər iki komediya 1847-ci ildə Parisdə nəşr olunmuş "Chefs d’oeuvre des auteurs comiques" məcmusunun 8-ci cildində yenidən çap edilmişdir), "Convalescent de qualité" və "Les Précepteurs" əsərləri işıq üzü görmüşdür. İstedad və əhəmiyyət baxımından Pyer Bomarşedən geri qalsa da, Fabr d'Eqlantin eyni istiqamətdə yazmış və fəaliyyət göstərmişdir; o, aristokratiyanı qamçılayaraq, qüvvə və sağlamlıq mənbəyi kimi gördüyü gənc burjuaziyanın rəğbətini qazanmağa çalışmışdır.Le Philinte de Molière, полное название «Le Philinte de Molière ou la Suite du Misanthrope» (1790)
Fransa inqilabı onu siyasi fəaliyyətə sövq etmişdir. O, Konventə seçilmiş və orada montanyarların sıralarında, Jorj Jaker Dantonun ən yaxın tərəfdarları arasında yer almışdır. Fabr d'Eqlantin Sentyabr qətliamlarına bəraət qazandırmış, kralın ölümünə səs vermiş və ebertistləri ifşa etmişdir.
1794-cü ilin yanvar ayında o, həbs edilmiş və dantonçularla birlikdə məhkəməyə verilmişdir. İttiham tərəfi dantonçuları iki qrupa bölmüşdür: başda Jorj Jak Danton olmaqla birinci qrup monarxiyanı bərpa etmək cəhdində, Fabr d'Eqlantinin də daxil olduğu ikinci qrup isə "xalq nümayəndəliyini rüsvay etmək, alçaltmaq və satqınlıq yolu ilə respublika hökumətini məhv etmək" məqsədi daşıyan sui-qəsddə iştirak etməkdə təqsirləndirilmişdir.
Xüsusilə Fabr d'Eqlantinə qarşı Vilyam Pitt ilə gizli danışıqlar aparması və ondan pul alması barədə ittiham irəli sürülmüşdür. İttiham sübuta yetirilməmişdir, lakin yazıçı müdafiə üçün zəruri olan sənədin təqdim edilməsinə nail ola bilməmiş, sonda (digər təqsirləndirilən şəxslər kimi) söz haqqından məhrum edilmiş, təqsirli bilinərək edam olunmuşdur.
İstinadlar
Kateqoriya:Edam olunmuş inqilabçılar Kateqoriya:Fransa dramaturqları Kateqoriya:Fransa inqilabçıları Kateqoriya:Fransa siyasətçiləri Kateqoriya:Yakobinçilər Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri