Gecikən (nid. De laatkomer) — belçikalı yazıçı Dmitri Verhulstun 2013-cü ildə yazdığı romanı. Roman satirik və yumoristik üslubla yazılıb.

Mövzusu Romanın baş qəhrəmanı Dezayr Kordiyerdir. O, uzun illər kitabxanaçı olaraq işləyib və 74 yaşında monoton həyatından, tükənməkdə olan bədənindən, yorucu evlilik və alt-üst olmuş xəyallarından çoxdan bezib. Dezayr özünəinam hissini geri qaytarmaq və həyatında yolunda getməyən çox şeyə səbəbkar olduğunu düşündüyü həyat yoldaşından qisas almaq istəyir. Bunun üçün də özünü demensiya xəstəsi kimi apararaq qocalar evinə yollanır. Sanki yaddaş və idrak qabiliyyəti onu tamamilə tərk edib. Ancaq həyatın Dezayr üçün fərqli planları var. Onu qocalar evində başqa şeylər gözləyir və bunların arasında yeniyetməliyindən əmanət nakam məhəbbət, qoca faşist fərari və ailə üzvlərinə dair bilmədikləri var.

Əsas personajlar

Dezayr Kordiyer — baş qəhrəman Moniek De Petter — Dezayrın arvadı Şarlotta — Dezayrın qızı Paskal — Şarlottanın əri Hüqo — Dezayrın oğlu Roza Rozendaal — Dezayrın gənclik eşqi

Mükafatlar

"Gecikən" romanı 2018-ci il Beynəlxalq Dublin Ədəbi Mükafatının uzun siyahısına daxil olan 48 kitabdan biri olur.

Tərcümə "Gecikən" romanı ondan artıq dilə tərcümə olunub. Tərcümələr arasında çex, ingilis, fransız və alman, türk, ərəb və başqa dillər daxildir. Azərbaycan dilinə İmamyar Quliyev tərəfindən tərcümə olunub.

Həmçinin bax

Gecəyarı kitabxanası

İstinadlar

Kateqoriya:Romanlar Kateqoriya:Əlifba sırasına görə kitablar Kateqoriya:Belçika ədəbiyyatı Kateqoriya:Avropa ədəbiyyatı