Mariya Bonapart (; ; ) — fransız əsilzadəsi, Yunan və Danimarka şahzadəsi.
Həyatı 1882-ci ildə Sen-Kluda dünyaya gəldi. Atası Roland Bonapart ailəsinə mənsub idi və Napoleon Bonapartın qardaşı Lusiyan Bonapartın nəvəsi idi. Anası isə Monte-Karlonun zadəgan simalarından Mariya-Feliks Blanşdır. Hələ 1 aylıq ikən anası emboliya səbəbilə vəfat etdi. Atası bir daha evlənmədi və yeganə övladı Mariyanı özüylə birlikdə dünyanın fərqli yerlərində gəzdirdi.
1906-cı ilin sentyabrında Yunanıstan kralı I Georqun şərəfinə Parisdə verilən ziyafət əsnasında monarx ailəsiylə tanış oldu. 19 iyul 1907-ci ildə Parisdə kralın oğullarından Şahzadə Georqla tanış edildi. Homoseksual olmasına baxmayaraq 1 ay boyunca Mariya Bonapartla eşq yaşayan Şahzadə Georq uzun illərdir atasıyla deyil, əmisi Danimarkalı Valdemarla birlikdə Kopenhagendə yaşayırdı.
21 noyabr 1907-ci ildə Parisdə nigahlanan cütlüyün toy mərasimi 12 dekabr 1907-ci ildə Afinada baş tutdu. Ertəsi il hamilə qalan Mariya Bonapart övladının doğumu səbəbilə Parisə qayıtdı. Evlilikləri boyunca nadir hallarda birlikdə yaşadılar. Şahzadə Georq vaxtının çoxunu Afinada və Kopenhagendə keçirirdi. Mariya Bonaopart və övladları isə Paris və Vyanada yaşadılar. Cütlüyün birgə 2 övladı doğuldu.
Şahzadə Pyotr (1908-1980) Şahzadə Yevgeniya (1910-1989)
Evlilikləri boyunca bir çox şəxslə eşq yaşayan Mariya Bonapart cinsi doyumsuzluq diaqnozuyla bir müddət müalicə belə aldı. Məsləhət aldığı həkimlərdən biri də dövrün tanınmış simalarından Siqmund Fraud oldu.
Yunanıstan monarx ailəsinin sürgün edilməsinin ardından ərinin bir çox qohumunu himayə etdi və onları öz evində bir müddət qorudu. 1938-ci ildə Siqmund Fraudun Nasist Almaniyasından qaçmasına yardım etdi.
1953-cü ildə ərinin qardaşı oğlu olan Yunanıstan kralı Pavelin rəsmi təmsilçisi kimi yeni Britaniya kraliçası II Yelizavetanın tacqoyma mərasiminə qatıldı. 1962-ci ildə Sen-Tropedə leykozdan vəfat etdi. Marseldəki cənazə mərasiminin ardından cəsədi yandırıldı və külləri Afinada ərinin məzarının yanına basdırıldı.
Qalereya
Mənbə
Ədəbiyyat
Bertin, Celia, Marie Bonaparte: A Life, Yale University Press, New Haven, 1982. Loewenstein, Rudolf, Drives, Affects and Behavior: Essays in Honor of Marie Bonaparte, 1952 Montgomery-Massingberd, Hugh (1977). Burke's Royal Families of the World: Volume I Europe & Latin America. London: Burke's Peerage. pp. 105–107, 325. ISBN 0-85011-023-8 Bertin, Celia (1982). "A False Happiness". Marie Bonaparte: A Life. New York: Harcourt Brace Jovanovich. pp. 85–86. ISBN 0-15-157252-6 Girard, Patrick (10 February 1999), Ces Don Juan qui nous gouvernent (in French), Editions 1, p. PT17, ISBN 978-2-84612-351-8 Johnston, Adrian (19 September 2017). Irrepressible Truth: On Lacan's 'The Freudian Thing'. Palgrave MacMillan. ISBN 978-3-319-57514-8
İstinadlar Kateqoriya:Yunanıstanın qadın şahzadələri