Badenli Vilhelm Lüdovik Avqust (; ) — ilk Böyük Baden hersoqu Karl Fridrixin oğlu.

8 aprel 1792-ci ildə Karlsruedə dünyaya gəldi. Atası Vahid Baden markqrafı Karl Fridrix, anası isə onun ikinci xanımı Qeyersberq baronası Luiza Karolinadır. Ancaq atasının bu ikinci evliliyi monarxial deyildi və bu səbəblə, doğulan övladları taxt mirasından məhrum edilmişdi. 4 oktyabr 1817-ci ildə ögey qardaşı oğlu I Karl tərəfindən verilən qərarla, doğma bacı-qardaşlarına Baden şahzadəsi ünvanı verildi və monarx ailəsinə qəbul edildilər.

Hələ 1808-ci ildə ilk təhsilini tamamladıqdan sonra polkovnik rütbəsilə orduya yazıldı. Rusiya imperiyasına hücuma hazırlaşan Napoleon Bonapartın ordusuna qatıldı və ruslara qarşı vuruşdu. Ancaq qardaşı oğlu I Karl 1813-cü ildə Napoleon Bonapartın cəbhəsini tərk edərək Avstriya-Rusiya-Prussiya ittifaqına qoşulmasıyla ordudan ayrıldı. 1814-cü ilin iyununda əmrindəki hərbi qüvvələrlə birlikdə Badenə qayıtdı.

Napoleon müharibələrinin sonlanmasının ardından ordudan ayrıldı və şəxsi mülklərinin idarəsiylə məşğul oldu. 16 oktyabr 1830-cu ildə ilk Vürtemberq kralı I Fridrixin qardaşı qızı Yelizaveta Aleksandrina ilə evləndi. Cütlüyün 4 övladı doğuldu.

Henretta (1833-1834) Sofiya (1834-1904) Yelizaveta (1835-1891) Leopoldina (1837-1903)

11 oktyabr 1859-cu ildə doğulduğu Karlsruedə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Philipp Roeder von Diersburg (Hrsg.): Denkwürdigkeiten des Generals der Infanterie Markgrafen Wilhelm von Baden aus den Feldzügen von 1809 bis 1815. Karlsruhe 1864 Digitalisat C. Zeller: Landwirthschaftliche Beschreibung der Guts-Wirtschaften Sr. Hoheit des Herrn Markgrafen Wilhelm von Baden, Herzogs von Zähringen etc. zu Rothenfels im Murgthale und Augustenberg bei Durlach. Karlsruhe 1838. Google-Digitalisat Friedrich von Weech: Badische Biographien. Heidelberg 1875, Erster Theil, S. 27–28 Digitalisat der BLB Karlsruhe

İstinadlar

Kateqoriya:Almanlar