Bioloji proses orqanizmin yaşaması üçün zəruri olan və onun ətraf mühitlə qarşılıqlı əlaqə qurmaq qabiliyyətini formalaşdıran prosesdir. Bioloji proseslər həyat formalarının mövcudluğunun davam etməsində və çevrilməsində iştirak edən çoxsaylı kimyəvi reaksiyalardan və ya digər hadisələrdən ibarətdir.

Tənzimlənmə

Bioloji proseslərin tənzimlənməsi hər hansı prosesin tezliyi, sürəti və ya miqyası dəyişdirildikdə baş verir. Bioloji proseslər müxtəlif üsullarla tənzimlənir. Buna gen ekspressiyasının idarə edilməsi, zülalların modifikasiyası və ya onların digər zülal və ya substrat molekulu ilə qarşılıqlı təsiri misal ola bilər.

Homeostaz: sabit vəziyyəti qorumaq üçün daxili mühitin tənzimlənməsi; məsələn, bədən temperaturunu azaltmaq üçün tərləmə.

Təşkilatlanma: həyatın əsas vahidləri olan bir və ya bir neçə hüceyrədən struktur baxımından təşkil olunma.

Metabolizm: kimyəvi maddələrin və enerjinin hüceyrə komponentlərinə çevrilməsi (anabolizm) və üzvi maddələrin parçalanması (katabolizm) yolu ilə enerjinin çevrilməsi. Canlı orqanizmlərə daxili təşkilatlanmanı (homeostazı) qorumaq və həyatla əlaqəli digər hadisələri təmin etmək üçün enerji lazımdır.

Böyümə: anabolizmin sürətinin katabolizmin sürətindən yüksək olmasının təmin edilməsi. Böyüyən orqanizmin ölçüsü yalnız maddə toplamaqla deyil, bütün hissələrinin böyüməsi nəticəsində artır.

Qıcıqlara cavab: cavab təkhüceyrəli orqanizmin xarici kimyəvi maddələrə verdiyi reaksiyadan tutmuş çoxhüceyrəli orqanizmlərin bütün hiss orqanlarının iştirak etdiyi mürəkkəb reaksiyalara qədər müxtəlif formalarda ola bilər. Cavab çox vaxt hərəkətlə ifadə olunur; məsələn, bitki yarpaqlarının Günəşə doğru yönəlməsi (fototropizm) və kemotaksis.

Orqanizmlər arasında qarşılıqlı təsir: bir orqanizmin eyni və ya fərqli növə aid başqa bir orqanizm üzərində müşahidə edilə bilən təsir göstərdiyi proseslər.

Adaptasiya: ətraf mühitə cavab olaraq zamanla dəyişmək qabiliyyəti. Bu qabiliyyət təkamül prosesinin əsasını təşkil edir və orqanizmin irsiyyəti, qidalanması və xarici amillərlə müəyyən olunur.

Digər proseslər: hüceyrə diferensiasiyası, qıcqırma, mayalanma, cücərmə, tropizm, hibridləşmə, metamorfoz, morfogenez, fotosintez, transpirasiya.

İnsanlarda bioloji proseslərin siyahısı

Tənəffüs

Defekasiya

İçmə

Qidalanma

Eyakulyasiya

Tərləmə

Sidik ifrazı

Yuxu İstinadlar

Kateqoriya:Biologiya terminləri Kateqoriya:Bioloji anlayışlar Kateqoriya:Bioloji proseslər Kateqoriya:Metabolizm