Besate (milan ləhcəsində Besàa) — İtaliyanın Lombardiya regionunda, Milan metropol şəhərində yerləşən şəhər və bələdiyyədir. Milan şəhərindən təxminən 25 km cənub-qərbdə yerləşir.
Besate Morimondo, Vigevano, Kazorate Primo və Motta Viskonti bələdiyyələri ilə həmsərhəddir.
İqtisadiyyat
Mestre şəhərində fəaliyyət göstərən Centro Studi Sintesi mərkəzinin İtaliya bələdiyyələrini gəlir göstəricilərinə əsasən sıralayan araşdırmasına görə, Besate 2006-cı ildə adambaşına düşən orta gəliri təxminən 30.000 avro olmaqla İtaliyanın ən varlı şəhəri hesab edilmişdir. Bələdiyyə 2004-cü ildə də bu siyahıda birinci yerdə olmuş, 2005-ci ildə isə Milan metropol şəhərinin başqa bir bələdiyyəsi olan Basilyo onu geridə qoymuşdur.
Sənaye
Besatedə bir neçə nəsildir ki, DOP mənşə nişanına malik Qorqonzola pendiri istehsal olunur. Gelmini pendir zavodu bu pendiri dünyanın müxtəlif ölkələrinə ixrac edir. Yerli əhali pendiri stracchin veech adı ilə də tanıyır.
İstinadlar
Xarici keçidlər Rəsmi sayt
Kateqoriya:İtaliya şəhərləri Kateqoriya:İtaliya kommunaları Kateqoriya:Lombardiya kommunaları Kateqoriya:Lombardiyanın şəhər və qəsəbələri