Əs ibn Səid (; ) — Məhəmmədin əleyhdarı olan məkkəli bütpərəst, səhabə Səid ibn Əsin atası.
Həyatı O, əl-Əsin (Bənu Ümeyyə) nəslindəndir. Atasının adı Əbu Uheyhədir. Əbu Uheyhə cahiliyyə dövrü ərəblərinin hörmətli şəxslərdən biri idi. Ərəblər ona "zut-tac" () deyir, hörmət əlaməti olaraq onun geydiyi sarığın rəngində sarıq geymirdilər.
Atası kimi Məhəmməd əleyhdarı olan Əs ibn Səid, Bədir döyüşündə müsəlmanlara qarşı döyüşmüş və Əli tərəfindən qətlə yetirilmişdir. Yetim qalan yeganə oğlu Səid isə Mədinədə Məhəmməd və Osmanın himayəndə böyümüşdür.
İstinadlar
Kateqoriya:Məkkəlilər Kateqoriya:Səhabə əcdadları Kateqoriya:VI əsr ərəbləri