Aleksandra Torpağı — Frans-İosif Torpağı arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayəti ərazisinə daxildir. Ada Frans-İosif Torpağı qoruğuna daxil edilmişdir.

Şimal-şərqində Qütb Təyyarəçiləri yarımadası yerləşir. Ən hündür nöqtəsi 382 metrdir.

Tarixi Ada ilk dəfə Bencamin Li Smit tərəfindən kəşf edilmişdirПоспелов Е. М. Географические названия мира. Топонимический словарь. / отв. ред. Р. А. Агеева. — М.: Русские словари, 1998. — 503 с. — 3000 экз. — ISBN 5-89216-029-7.Mills, William J. Exploring Polar Frontiers: A Historical Encyclopedia. — ABC CLIO, 2003. — Volume 1, A-L. — ISBN 1-57607-423-4.. Hidroloji stansiya, aerodrom, 31-ci bölük Yan İosifoviç Naqurskiyin şərəfinə adlandırılmışdır.

Böyük Vətən müharibəsi dönəmində burada almanlara məxsus meteostansiya fəaliyyət göstərmişdir. Üstəlik sualtı qayıqların yanacaqla təminat bazası var idi. Bu obyeklər 1944-cü ilin iyuluna qədər fəaliyyət göstərmişdir. Bu bazanın qalıqları 1947 ildə qütb təyyarəçisi İlya Pavloviç Mazuruk tərəfindən aşkarlanmışdır.

1981 ildə "Naqurskaya" sərhəd zastavası işə salınmışdır.

1980-ci illərdə qəsəbə Qütb stansiyasına birləşdirilmişdir. 1990-cı illərdə isə bu obyektlərin böyük qismi bağlanmışdır.

Buzlaqları Adanın böyük qismi buzlaqlarla örtülüdür: Vuster, Nordenşeld və Payer.

Gölləri Buzdan azad olan çoxlu göl vardır. Onlar arasında Utinoe və Ledyanoe ən iriləridir.

Ətraf hidrologiyası Sahillərini Barens dənizinin suları yuyur.

Boğazları Qütb Təyyarəçiləri yarımadası ilə Armitic yarımadası arasında Arxangelsk boğazı, cənubunda isə Kembric boğazı yerləşir

Buxta və Körfəzləri Saat əqrəbi istiqamətində ardıcılıqla körfəzlər: Otmelya buxtası Zveroboev buxtası Topoqraflar Saat əqrəbi istiqamətində ardıcılıqla Dejnyov körfəzi Severnaya buxtası Ostrovnaya buxtas Veyprext körfəzi Nordenşeld körfəzi

Aleksandr Torpağının burunları Saat əqrəbi istiqamətində ardıcılıqla burunlar: Meri-Xarmsuort burnu Nimrod burnu Strelka burnu Naqur burnu Zamançivı burnu Tomas burnu Melexov burnu Dvoynoy burnu Babuşkin burnu Ledyanoy burnu Abrosimov burnu Palec burnu Ludlov burnu Lofli burnu

Yaxınlığında yerləşən adalar Kiçiklər: Ldinka Nerpa Böyüklər: Qeorq Torpağı

İstinadlar

Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Arxangelsk vilayəti adaları Kateqoriya:Frans-İosif Torpağı adaları Kateqoriya:Rusiyanın kimsəsiz adaları Kateqoriya:Aleksandra Torpağı