Kolomeysev adaları — Kara dənizində, Nordenşeld arxipelaqına daxil olan adalar qrupu. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı ərazisinə daxildir. Adalar Ruskiy adasından 40 km şərqdə, Taymır yarımadasından isə 100 km qərbdə yerləşir.
Adaların iqlimi sərt, arktikdir. Arxipelaq iki adadan ibarətdir. Böyük Arktik qoruğu ərazisinə daxildir
Adalar 1900—1902-ci illərdə Zarya gəmisində Eduard Toll tərəfindən araşdıtılmışdır. Adalar gəminin birinci kapitanı Nikolay Nikolayeviç Kolomeysevin şərəfinə adlandırılmışdır.
Ədəbiyyat Альберт Гастингс Arctic Exploration, 1895 Армстронг, Т., The Russians in the Arctic, London, 1958. Mənbə Early Soviet Exploration İstinadlar
Kateqoriya:Kara dənizi adaları Kateqoriya:Krasnoyarsk diyarı adaları Kateqoriya:Kara dənizinin yaşayış olmayan adaları