Bərəkəveyh Zəncani — X əsr Azərbaycan şairi.
Ərəb dilində yazmışdır. Həyat və yaradıcılığı haqqında məlumat azdır. “Sülul” təxəllüsü ilə tanınmışdır.
Əbu Mənsur Səalibi Bərəkəveyh Zəncaninin görkəmli ərəb alimi Bədi əz-Zaman əl-Həmədanidən eşitdiyi bəzi şeirlərini tərtib etdiyi topluya daxil etmişdir. Şeirlərində məhəbbət duyğuları ilə yanaşı didaktik motivlər, incə yumor da əksini tapmışdır. İnsanları həyatdan, gözəllikdən zövq almağa, xeyirxahlığa səsləyən şeirlərində folklora bağlılıq hiss olunur.
Mənbə
Ədəbiyyat Mahmudov M. Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər (VII–XII əsrlər). B., 1983.
Xarici keçidlər
Kateqoriya:Azərbaycan şairləri