Tamartaş — İrəvan quberniyasının Aleksandropol qəzasında köçün (elatın) yaşadığı qışlaq adı. Yerli tələffüz forması Dəmirdaş.Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.

Toponimiyası 1728-ci ilə aid türkcə mənbədə Şirakel nahiyəsində Tomardaş kənd adıdırİrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996.Мухаммед Насави. Жизнеописание султана Джалал ар-Дина Манкбурни. Перевод с арабского, предисловие, комментарии, примечания и указатели З.М.Буниятова. Баку, 1973.. 1878-ci ildə qışlağın əhalisi qovulmuş və orada ermənilər yerləşdirilmişdir.Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852. 1946-cı ildə kənd ermənicə Vardakar adlandırılmışdır. 1728-ci ilə aid mənbədə Tumar Taş kimidir.Обозрение Российских владений за Кавказом. Спб., 1836.Lakin həmin əsrə aid ermənicə mənbədə Tamir yazılmışdır. Yerli tələffüz forması Tomar=Daş. Türk dillərində tomar "otlaq bitkili sucaq yer" (belə yerlər, adətən, maldar ellərin yaylaq və qışlaqlarda düşərgə yerlərinə çevrilir), yaxud türkcə tomor-"torpaq sahəsi", "təpəcik"Мурзаев Э.М. Словарь народных географических терминов. М., 1984.sözlərindən biri ilə bağlıdır. Toponimdəki taş "daş", "qaya" sözü göstərir ki, bu adda tomor "təpəcik" sözü vardır. Qazaxıstanda Kara-TomarМусхелишвили Д.Л. Из исторической географии восточной Грузии. Тбилиси. 1982., Türkmənistanda Tomar-övliyəS. Ataniyazov. Türkmenistanın qeoqrafik atlarının düşindürişli sözlüği. Aşqabat, 1980, s.269 və Türkiyədə Van gölünün içərisində Ax-Tamar adasının adı ilə mənaca eynidir. Van gölünün içərisində Axtamar mənbələrdə X əsrdən məlumdurОрбели И.А. Избранные труды. т. I, М., 1963.. Axtamar adasının (IV əsrdə qala və XI–XIV əsrlərdə Axtamar monastırının) adı da məhz türk dillərində rəng bildirən aq (görünür, adanın vulkan mənşəli süxurunun ağımtıl rəngini bildirir) və tomor-"təpəcik" sözlərindən ibarətdir. Ona görə tədqiqatçıların bu adın erməni dilində "Vişab gölü" mənasın-da olması fikriKitabi Dədə Qorqud. Bakı, 1970.qondarmadır.B. Ə. Budaqov, Q. Ə. Qeybullayev Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti

İstinadlar

Kateqoriya:Toponimlər Kateqoriya:Azərbaycan toponimiyası