Pachycephala pectoralis (Avstraliya qızıl fitçi quşu) — Avstraliyanın meşə, meşəlik, "mallee", "manqrov" və kolluqlarında yaşayan quş növü.
Taksonomiya və sistematika
Avstraliya qızıl fitçi quşu ilk dəfə 1801-ci ildə ingilis ornitoloq Con Latam tərəfindən "Muscicapa" cinsində təsvir edilmişdir. Əksər populyasiyalar yerli olsa da, cənub-şərqi Avstraliyadakı bəzi populyasiyalar qış aylarında şimala miqrasiya edir. Bu quşun taksonomiyası olduqca mürəkkəbdir və mübahisə mövzusu olmaqda davam edir. Bəzi mənbələr qızıl fitçinin 59 yarımnövünü (hər hansı bir quş növündə ən çox yarımnöv sayı) qəbul edilir, digərləri isə bunlardan bir neçəsini ayrı növlər kimi qəbul edir. Bu quş köhnə kitablarda "Ağboğaz Başlıq" adı ilə də tanınır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1801-ci ildə təsvir edilən quşlar Kateqoriya:Avstraliya quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avstraliya endemikləri