Ceyms Rufus Eyci (; ) — amerikalı romançı, jurnalist, şair, ssenarist və kino tənqidçisi. O, 1940-cı illərdə Time jurnalı üçün yazdığı resenziyalarla ABŞ-nin ən nüfuzlu kino tənqidçilərindən biri hesab olunurdu. Müəllifin avtobioqrafik xarakterli "Ailədə bir ölüm" (A Death in the Family, 1957) romanı 1958-ci ildə ölümündən sonra ona Pulitzer mükafatını qazandırmışdır. Eyci, həmçinin "Gəlin indi məşhur kişiləri mədh edək" (Let Us Now Praise Famous Men) kitabının həmmüəllifi və kino klassikləri hesab olunan "Afrika kraliçası" (The African Queen) və "Ovçunun gecəsi" (The Night of the Hunter) filmlərinin ssenaristi kimi tanınır.
Erkən həyatı və təhsili
Eyci Tennessi ştatının Noksvill şəhərində, Hyu Ceyms Eyci (1878–1916) və Laura Uitman (qızlıq soyadı Tayler) Eyci Raytın (1885–1966) ailəsində, hazırkı Fort Sanders məhəlləsində yerləşən Haylend prospekti ilə 15-ci küçənin kəsişməsində (indi bu küçə Ceyms Eyci adını daşıyır) anadan olmuşdur. Ceymsin altı yaşı olanda atası avtomobil qəzasında həlak olmuşdur. Yeddi yaşından etibarən Eyci və bacısı Emma bir neçə pansionat tipli məktəbdə təhsil almışlar.
Bu təhsil müəssisələrindən ən görkəmlisi anasının Tennessi ştatının Suani (Sewanee) şəhəri yaxınlığındakı yay kottecinin iki milliyində yerləşən məktəb idi. "Dağ uşaqları üçün Müqəddəs Endryu məktəbi" Episkopal kilsəsinə bağlı olan Müqəddəs Xaç monastır ordeni tərəfindən idarə olunurdu.Journal of the Eighty-Fourth Annual Convention of the Church, Diocese of Tennessee, Nashville, Tenn., 1916 Eycinin Müqəddəs Endryu məktəbində tarix müəllimi olan episkopal keşişi Ata Ceyms Harold Flay və onun həyat yoldaşı Qreys Eleonora Hoton ilə ömür boyu davam edən dostluğunun təməli 1919-cu ildə burada qoyulmuşdur.
Eycini yaxın dostu və hamisi kimi Flay, həyatı boyu onunla ədəbi və digər mövzularda məktublaşmış, müəllifin mənəvi daxili çəkişmələrinin sirdaşına çevrilmişdir. Ata Flay bu məktubları Eycinin ölümündən sonra nəşr etdirmişdir. The New York Times Book Review nəşri "Ceyms Eycinin Ata Flaya məktubları" (The Letters of James Agee to Father Flye, 1962) əsərini "müasir Amerika mühitində sənətkarın özünüifadə portreti kimi F. Skott Fitsjeraldın 'Çat' (The Crack-up) əsəri və Tomas Vulfun məktubları ilə eyni əhəmiyyət dərəcəsinə malik olan" nümunə adlandırmışdır.Rev. James H. Flye, 100, is dead; Friend of James Agee, the writer , The New York Times, April 14, 1985. Retrieved November 27, 2015.
İstinadlar
Xarici keçidlər A chronology of James Agee's life & work - Agee Films James Agee - Agee Films James Agee Film Project (Agee (film)), Photographs, 1879 - 1956 the Archives of Appalachia at East Tennessee State University
Kateqoriya:27 noyabrda doğulanlar Kateqoriya:1909-cu ildə doğulanlar Kateqoriya:16 mayda vəfat edənlər Kateqoriya:1955-ci ildə vəfat edənlər Kateqoriya:Nyu-Yorkda vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:Harvard Universitetinin məzunları Kateqoriya:XX əsrin ABŞ romançıları Kateqoriya:ABŞ kişi romançıları Kateqoriya:ABŞ-nin kişi şairləri