Leo Ceyms Reynvoter (; ) — müəyyən atom nüvələrinin asimmetrik formalarının müəyyən edilməsindəki xidmətlərinə görə 1975-ci ildə Fizika üzrə "Nobel" mükafatına layiq görülənlərdən biri olan amerikalı fizikdir.
İkinci Dünya müharibəsi illərində o, ilk atom bombalarının hazırlandığı "Manhetten layihəsi" üzərində çalışmışdır. 1949-cu ildə o, o dövrkü elmi qənaətlərin əksinə olaraq, bütün atom nüvələrinin sferik (kürəvi) formada olmadığına dair öz nəzəriyyəsini inkişaf etdirməyə başlamışdır. Onun bu ideyaları sonradan Oge Bor və Ben Mottelsonun apardığı təcrübələrlə sınaqdan keçirilmiş və təsdiqini tapmışdır. Reynuoter, həmçinin rentgen şüalarının (X-rays) elmi dərkinə töhfələr vermiş, ABŞ Atom Enerjisi Komissiyasında və hərbi-dəniz tədqiqat layihələrində iştirak etmişdir.
Reynuoter 1946-cı ildə Kolumbiya Universitetinin fizika fakültəsinə daxil olmuş, burada 1952-ci ildə professor elmi adını almış, 1982-ci ildə isə fizika üzrə "Pupin Professoru" fəxri adına layiq görülmüşdür. O, 1963-cü ildə fizika sahəsindəki nailiyyətlərinə görə Ernest Orlando Lourens mükafatı ilə təltif edilmişdir. 1975-ci ildə isə "atom nüvələrində kollektiv hərəkət ilə zərrəciklərin hərəkəti arasındakı əlaqənin kəşfi və bu əlaqəyə əsaslanan atom nüvəsinin quruluşu nəzəriyyəsinin inkişaf etdirilməsinə görə" Fizika üzrə "Nobel" mükafatına layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:9 dekabrda doğulanlar Kateqoriya:1917-ci ildə doğulanlar Kateqoriya:31 mayda vəfat edənlər Kateqoriya:1986-cı ildə vəfat edənlər Kateqoriya:Nyu-Yorkda vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:ABŞ fizikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Kolumbiya Universitetinin məzunları Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Əlifba sırasına görə Nobel mükafatı laureatları Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:Amerikan Nobel mükafatı laureatları Kateqoriya:ABŞ Milli Elmlər Akademiyasının üzvləri Kateqoriya:IEEE üzvləri Kateqoriya:Manhetten layihəsi şəxsləri Kateqoriya:Nüvə fizikləri