Ichi the Witch, Yaponiyada tanınan adı ilə – Osamu Nişi tərəfindən yazılan və Şiro Usazaki tərəfindən illüstrasiya olunan manqa seriyası. 2024-cü ilin sentyabrından "Shueisha" nəşriyyatının "Weekly Shōnen Jump" jurnalında nəşr olunur. 2026-cı ilin mayına qədər 10 tankobon cildi buraxılmışdır. Manqa seriyasında hadisələr sehrdən ibarət olan Macik adlı bədheybətlərin yaşadığı bir dünyada baş verir. Cadugərlər bu bədheybətlərin sınaqlarından keçərək onlardan sehr əldə edirlər. Ancaq qadınların cadugər ola biləcəyi düşünülsə də, ovçuluqla məşğul olan İçi adlı oğlan gözlənilmədən cadugər olur.
Məzmun
Manqada hadisələr macik adlandırılan sehrli bədheybətlərin yaşadığı dünyada baş verir. Macikləri ovlayıb onların sehrini ələ keçirən şəxslərə "cadugər" deyilir. Cadugələrin macikləri ovlaması üçün onların verdiyi sınaqlardan keçməlidirlər. Tapşırığı uğurla yerinə yetirə bilən cadugər maciki ələ keçirir və onun sehrinə sahib olur. Maciklər sadəcə onu ələ keçirən şəxs öldükdə azad ola bilər. Cadugərlərin demək olar ki, hamısı qadınlardır və kişilərin cadugər olması ehtimalı 0,001%-dən də az hesab olunur. Hekayənin əvvəlində cadugərlər tərəfindən müəyyən olunmuş 3185 və ovlanmış 402 macik var.
Balaca olanda valideynləri tərəfindən dağda tərk edilmiş İçi bir gün təsadüfən ən güclü maciklərdən biri olan Uroro ilə qarşılaşır və onun sınağından keçərək tarixdəki ilk cadugər olur. Desskarasın yönləndirməsi ilə paytaxt Natali şəhərinə səfər edir və Mantinel Cadugərlər Assosiasiyasının üzvü olur.
İstehsal Manqanın hekayə müəllifi Osamu Nişi bir müsahibəsində qeyd etmişdir ki, yapon dilində sözü sadəcə qadınlar üçün işlədilir və kişi cadugərlər üçün analoji sözün olmaması ona maraqlı gəlmişdir. O, əvvəlcə cadugər olmaq arzusunda olan bir oğlan və cadugərləri qorumaq istəyən bir cəngavər haqqında manqa yazmaq istəmişdir. Lakin sehrin yaşayan varlıqlar kimi mövcud olduğu dünya haqqında hekayə yazmağın daha maraqlı olacağını düşünmüşdür.
Ni.i İçinin hekayədə daha qeyri-adi bir personaj kimi görünməsi üçün onu sadəcə ovçuluqla maraqlanan oğlan kimi göstərmişdir. O, hekayəyə "final boss"la başlamağa qərar vermiş və İçinin ələ keçirdiyi ilk macikin Kral Uroro olmasına qərar vermişdir. Onun peyda olduğu ilk səhnə üçün "Haulun yeriyən qəsri" animesindən təsirlənmişdir. Uroroya tac əlavə etmək Usazakinin ideyası olmuşdur.
Antidünya macikinin ilkin dizaynında o, gülümsəyən və mehriban görünüşlü oğlan kimi dizayn olunsa da, Usazaki onu gülümsəməyən, ölü gözləri olan biri kimi təsvir etməyə qərar vermişdir. Desskaras personajını yaradarkən Nişi Usazakidən sadəcə "kədərli emoji və qara saç"dan istifadə etməsini istəmiş və personajın dizaynı beş saat davam edən ilkin görüşdə tamamlanmışdır. Nişi hekayədə maciklərin nə düşmən, nə də dost kimi göstərməyə diqqət yetirmiş, əks halda, oxucuların darıxacağını düşünmüşdür.
Media Manqa "Ichi the Witch" manqası Osamu Nişi tərəfindən yazılır və Şiro Usazaki tərəfindən illüstrasiya olunur. Manqa 9 sentyabr 2024-cü ildə "Shueisha" nəşriyyatının "Weekly Shōnen Jump" jurnalında serializasiya olunmağa başlamışdır. Birinci tankobon cildi 4 yanvar 2025-ci ildə buraxılmışdır. 2 oktyabr 2026-cı ilə qədər 10 tankobon cildi buraxılmışdır. Manqanın fərdi fəsilləri "ov" adlanır.
Cild siyahısı
Tankobon formatında olmayan fəsillər Aşağıdakı fəsillər "Weekly Shōnen Jump" jurnalında nəşr olunsa da, tankobon cildi formatında nəşr olunmayıb.
Qəbul "My Hero Academy" manqasının müəllifi Kohey Horikoşi və "D.Gray-man" manqasının müəllifi Katsura Hoşino manqa seriyasını tövsiyə etmişdirlər.
Manqa seriyası 2025-ci ildə Next Manqa Mükafatının qalibi olmuşdur. 2026-cı ildə Manqa Tayşo Mükafatına namizəd göstərilmişdir. 2026-cı ildə "Ən yaxşı şonen manqası" kateqoriyasında Kodansha Manqa Mükafatına namizəd göstərilmişdir. 2026-cı ildə "MyAnimeList" tərəfindən "Bu manqanı oxumalısız" siyahısına salınmışdır.
Qeydlər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2024-cü ilin manqaları Kateqoriya:Cadugərlik haqqında anime və manqalar Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Şonen manqaları Kateqoriya:Shueisha manqaları Kateqoriya:Viz Media manqaları Kateqoriya:Next Manqa Mükafatının qalibləri