Akın Gürlək () — 11 fevral 2026-cı ildən Türkiyənin 67-ci hökumətinin kabinetində Ədliyyə naziri vəzifəsini icra edən türk hüquqşünası və siyasətçi.Yeni İstanbul Cumhuriyet Başsavcısı belli oldu O, 2 iyun 2022-ci ildən 7 oktyabr 2024-cü ilə qədər Ədliyyə nazirinin müavini, 8 oktyabr 2024-cü ildən 2026-cı il fevralın 11-dək İstanbul məhkəməsinin Baş prokuroru vəzifələrində çalışıb.

Mərmərə Universitetinin Hüquq fakültəsinin məzunu olan Gürlək ölkənin müxtəlif bölgələrində hakim vəzifəsində çalışıb və 2021-ci ildə birinci dərəcəli hakimliyə qədər yüksəlib. İstanbulun 26, 37 və 14-cü Ağır Cəza Məhkəmələrinə sədrlik edib. Bu müddət ərzində o, geniş ictimaiyyətin diqqətini cəlb edən işlərə rəhbərlik edib.

2022-ci il iyunun 2-də Ədliyyə nazirinin müavini təyin edilib. 2 oktyabr 2024-cü ildə Hakimlər və Prokurorlar şurası tərəfindən İstanbulun Baş Prokuroru seçilib. thumb|upright|Akın Gürlək 2026-cı ildə Milli yüksək sürətli qatar dəmir yolunun açılış mərasimində çıxış edir.

Həyatı və karyerası Akın Gürlək 2005-ci ildə Mərmərə Universitetinin Hüquq fakültəsini bitirmişdir.Akın GÜRLEK - Bakan Yardımcısı O, ilk dəfə 2007-ci ildə Ədirnənin Laləpaşa mahalına hakim namizədi kimi təyin edilib. Müxtəlif vilayətlərdə xidmət etdikdən sonra İstanbula təyinat alıb. 2021-ci ildə birinci dərəcəli hakimliyə qədər yüksəlib.Akın Gürlek Kimdir? Başsavcı Akın Gürlek’in Hayatı ve Biyografisi İstanbulun 26, 37 və 14-cü Ağır Cəza Məhkəmələrinin sədri vəzifəsində çalışıb. Bu dövrdə verdiyi qərarlar onu ölkə xəbərlərinin tanınmış simalarından biri edib."Akın Gürlek kimdir? İstanbul Cumhuriyet Başsavcısı'nı eleştirenler ve destekleyenler ne diyor?". BBC News Türkçe

Ədliyyə nazirinin müavini 2021-ci ilin aprel ayında Akın Gürlək Hakimlər və Prokurorlar şurası tərəfindən birinci dərəcəli hakimliyə qədər yüksəlib."2021 NİSAN DÖNEMİNDE BİRİNCİ SINIF OLAN ADLİ YARGI HÂKİMLERİNE AİT LİSTE""HSK, AYM kararını yok sayan hakimi terfi ettirdi".

2022-ci ilin iyun ayında o, Ədliyyə Nazirinin müavini təyin edilib.AYM kararını tanımamıştı; Akın Gürlek, Adalet Bakan Yardımcısı yapıldı

İstanbul Baş Prokurorluğu Akın Gürlek 2 oktyabr 2024-cü ildə Hakimlər və Prokurorlar şurası tərəfindən İstanbul Respublika Baş Prokuroru təyin edilib."Bakan yardımcılığından başsavcılığa: Akın Gürlek, Şaban Yılmaz'ın yerine atandı". "HSK'nın yeni atamalarının perde arkasında ne var?"

Ədliyyə naziri Gürlək Prezidentin 11 fevral 2026-cı il tarixli 2026/51 saylı fərmanı ilə Türkiyə Respublikasının Ədliyyə naziri təyin edilib."Atama Kararı" Həmin gün o, Türkiyə Böyük Millət Məclisininə andiçmək üçün çağırılıb. Ertəsi gün Gülər Ədalət və İnkişaf Partiyasının (AK Pariya) toplantısında iştirak edib və oradakı çıxışında “İnşallah AKP iqtidarının 23-cü dönəmində ədalət əsri Türk Əsri olacagını” demişdi.Akın Gürlek'ten AKP toplantısında Erdoğan'a şükran: AK Parti iktidarının 23. döneminde, adaletin yüzyılı Türkiye Yüzyılı olacak Gürlək çıxışlarında cinayətlə mübarizələrin davam etdiriləcəyini açıqlayıb.Yeni Adalet Bakanı Akın Gürlek A Haber’de açıkladı: 15 bin kadro aldık atamalar başlayacak

Şəxsi həyatı Akın Gürlək Elif Gülşah Gürləklə evlidir, onların bir övladı var.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Hüquq Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Türkiyədə hüquq Kateqoriya:Türkiyə hakimləri Kateqoriya:Ədliyyə nazirləri Kateqoriya:Türkiyə hüquqşünasları