300px|thumb|right|Azərbaycanın 2017-ci ildə D-8 sammitində iştirakı 300px|thumb|right|Azərbaycan rəsmilərinin D-8 Baş katibi ilə görüşü Azərbaycanın D-8 təşkilatında üzvlüyü — Azərbaycanın D-8 təşkilatı ilə əlaqələrini və təşkilatdakı fəaliyyətini əhatə edir.

Tarixi Azərbaycanın üzv olması prosesi Azərbaycanın D-8 təşkilatına üzvlüyü 19 dekabr 2024-cü ildə Qahirədə keçirilən sammitdə qəbul edilmişdir. 7 mart 2025-ci ildə Azərbaycan Milli Məclisi D-8-in xartiyasını ratifikasiya etmiş, beləliklə, Azərbaycan D-8 təşkilatının üzvü olmuşdur. Azərbaycan demək olar ki, 30 ilə yaxın müddət ərzində D-8-ə qəbul edilmiş ilk üzvdür. Bu üzvlüyün müsbət cəhətləri odur ki, Azərbaycanın üzvlüyü onun geosiyasi maraqlarını balanslaşdıra, qlobal mövqeyini yaxşılaşdıra bilər, Azərbaycanın bu təşkilatda olması onun digər iqtisadi münasibətlərdən asılı olması dərəcəsini azalda bilər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirə sammitindəki çıxışında Azərbaycanın təşkilatımıza daxil edilməsindən məmnunluğunu ifadə edərək bildirmişdir: "Son illərdə əhəmiyyətli irəliləyişlər əldə edən Azərbaycanın təşkilatımıza üzvlüyü ilə bu gün dünəndən daha güclüyük. Qardaş Azərbaycana D-8 ailəmizə xoş gəlmisiniz deyirəm".

Zirvə toplantısından sonrakı gün Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən D-8-ə üzvlüyü rəsmi olaraq elan edilmişdir. Həm Türkiyə, həm də Azərbaycan diplomatiyası üçün əhəmiyyətli olan bu hadisənin hər iki ölkəyə siyasi və iqtisadi baxımdan fayda verəcəyi gözlənilir. Bakı üçün D-8-ə qoşulmaq, Türkiyənin aparıcı rol oynadığı başqa bir beynəlxalq təşkilatda iştirak etmək, Azərbaycan-Türkiyə münasibətlərini daha da gücləndirmək və eyni zamanda Azərbaycanın qlobal səhnədəki gücünü artırmaq deməkdir.

İqtisadi cəhətdən bu üzvlük, mövcud BVF məlumatlarına görə, təxminən 75,65 milyard dollarlıq ümumi daxili məhsulu (ÜDM) olan Azərbaycana ümumi ÜDM-i 4,8 trilyon dollar olan geniş iqtisadi bloka inteqrasiya etməyə imkan verir. 2023-cü ilə qədər Azərbaycanın ümumi ixracının 91%-inin (təxminən 31 milyard dollar) mineral yanacaqlar, mineral yağlar və onların distillə edilməsindən əldə edilən məhsullardan ibarət olduğu nəzərə alınanda D-8 üçün enerjinin əsas diqqət nöqtələrindən biri olması Azərbaycan üçün əhəmiyyətini artırır. Türkiyə üçün bu, "xarici əlaqələrin institusional əsasını genişləndirmək" vizyonunun davamlı irəliləyişini vurğulayır.

Azərbaycanın üzv kimi fəaliyyəti 2025-ci ildə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən D-8 Həftəsi çərçivəsində komissarların qeyri-rəsmi iclası, iqlim və şəhərsalma üzrə nazirlər dialoqu, D-8 Media Forumu, eləcə də D-8 Gənclər Dialoqu təşkil olunmuşdur, təşkilatın D-8 Enerji və İqlim Mərkəzi, D-8 Nəqliyyat Mükəmməllik Mərkəzi və D-8 Media Mərkəzinin Azərbaycanda yaradılması barədə razılıq əldə edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycanın xarici siyasəti