Silviya Peter Sabo (; ) — Macarıstan pop müğənnisidir. O, daha çox Macarıstanın "NOX" folk-pop qrupunun solisti kimi tanınmışdır.

Həyatı Silviya Peter Sabo ifaçılıq sənətinə müstəqil şəkildə yiyələnmişdir. Karxanasının başlanğıcında Seqed şəhərinin kiçik musiqi qruplarından birinin solisti olmuşdur. Sonradan onun istedadı diqqət çəkmiş və gənc ifaçıya yeni yaradılmış "NOX" qrupunun solisti olmaq təklif edilmişdir. O, kollektivin bütün üzvləri arasında qrupda ən uzun müddət fəaliyyət göstərən iştirakçı olmuşdur.

"NOX" qrupu böyük uğurlara imza atmışdır. 2005-ci ilin mart ayında mahnı "Eurovíziós Dalfesztivál" müsabiqəsinin finalında qalib gəlmiş, iki ay sonra isə Kiyevdə keçirilən 50-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin final mərhələsində onlar "Forogj, világ!" adlı mahnı ilə 12-ci yeri tutmuşdur. Bu çıxış Macarıstanın 1998-ci ildən sonra müsabiqədəki ilk iştirakı olmuşdur. Onlar həmçinin, "Dalnokok Ligája" müsabiqənin qalibi olmuş, həmçinin bir sıra digər mükafatlara layiq görülmüşdür. Qrup Macarıstanın ən tanınmış musiqi kollektivlərindən biri hesab olunurdu.

2012-ci ildə Silviya Peter Sabo, Roy Perestrelo və Pyer Lyuisin rəhbərlik etdiyi Birləşmiş Krallıqda yerləşən "Crossfire Management" prodüser şirkəti ilə yeni müqavilə imzalamışdır. Eyni ildə ifaçı, özünün "REVOLUTION" adlı 11-ci studiya albomunu işıq üzü gətirmək məqsədilə "Universal Music Group" və "Universal Hungary" şirkətləri ilə əməkdaşlığa başlamışdır. Bu alboma müğənninin özünün, həmçinin Co Lorens, Pyer Lyuis, MAC-1 (Labrinth təxəllüslü ifaçının böyük qardaşı), Perri Houn, Nu:GEN, Sem Barter və Pol Brittin müəllif işləri daxil edilmişdir.

Şəxsi həyatı Silviya Peter Sabo tez-tez səyahət edir, vaxtının böyük hissəsini Birləşmiş Krallıqda yerləşən evində və Macarıstanda keçirir. O, həmçinin Şərqi Avropa ölkələrinə də səfərlər edir.

Uğurları və mükafatları 2004 — "Dalnokok Ligája" yarışmasında 1-ci yer 2005 — "Bravo OTTO" mükafatı: Ən yaxşı qrup 2005 — "VIVA Comet" mükafatı: Ən yaxşı qrup 2005 — Avroviziya Mahnı Müsabiqəsi, Kiyev: 12-ci yer 2005 — "Mahasz 2004" mükafatı: "Bűvölet" albomuna görə ilin yerli albomu 2006 — "Fonogram" mükafatı: İlin yerli pop albomu 2006 — "Persian Golden Lioness Awards" (Qızıl Şir mükafatı) 2007 — Macar Mədəniyyəti mükafatı 2007 — "Aranyszem" mükafatı: "Nem lesz több tánc" videoçarxına görə 2009 — "Mentor Magyar Csillagok" mükafatı 2013 — "Transylvanian Music Awards": İlin böyük qayıdışı 2013 — "Ballantine's Fonogram" xüsusi mükafatı: İlin müğənnisi 2014 — "Music Daily Awards": Ən çox bəyənilən macar ifaçı 2016 — "A nagy duett" şousunda 1-ci yer (Peter Paxman ilə birlikdə)

Diskoqrafiyası Qrupun tərkibində çıxarılan albomlar

Örökség (Miras) İşıq üzü görmüşdür: 2002-ci il Statusu: Platin albom Satış sayı: 28 000 nüsxə

Bűvölet (Cazibədarlıq) İşıq üzü görmüşdür: 2003-cü il Statusu: 2 qat Platin albom Satış sayı: 53 000 nüsxə

Karácsony (Milad) İşıq üzü görmüşdür: 2004-cü ilin noyabr ayı Statusu: Platin albom Satış sayı: 29 000 nüsxə

Ragyogás (Parıltı) İşıq üzü görmüşdür: 16 aprel 2005-ci il Statusu: 2 qat Platin albom Satış sayı: 42 000 nüsxə

Örömvölgy (Sevinc vadisi) İşıq üzü görmüşdür: 16 oktyabr 2006-cı il Statusu: 2 qat Platin albom Satış sayı: 34 000-dən çox nüsxə

Mesék, mondák, mondókák (Nağıllar, əfsanələr, uşaq şeirləri) İşıq üzü görmüşdür: 7 may 2007-ci il Statusu: Müəyyən edilməmişdir Satış sayı: Məlum deyil

Csendes (Sakit) İşıq üzü görmüşdür: 26 noyabr 2007-ci il Statusu: Qızıl albom Satış sayı: 10 000-dən çox nüsxə

Időntúl (Zamanın fövqündə) İşıq üzü görmüşdür: 5 sentyabr 2008-ci il Statusu: Platin albom Satış sayı: 20 000-dən çox nüsxə

Most (İndi) İşıq üzü görmüşdür: 2009-cu il Statusu: Qızıl albom Satış sayı: Məlum deyil

Főnix (Simurq) İşıq üzü görmüşdür: 2022-ci il Statusu: Müəyyən edilməmişdir Satış sayı: Məlum deyil

Solo albomlar

Revolution İşıq üzü görmüşdür: 2013-cü il Statusu: Müəyyən edilməmişdir Satış sayı: Məlum deyil

Ébredő İşıq üzü görmüşdür: 2018-ci il Statusu: Müəyyən edilməmişdir Satış sayı: Məlum deyil

Albomsuz sinqllar "Szép világ" (2013-cü il) "Hív a világ" (2014-cü il) "Látomás" (2015-cü il) "Egyszer még" (2016-cı il) "Két világ közt" (2020-ci il) "Tűréshatár" (2021-ci il) "Boldog Szívem" (2021-ci il)

İstinadlar

Kateqoriya:Macarıstan müğənniləri