II Lorenso di Pyero de Mediçi (; ) — Mediçi nəslindən olan, 1516-cı ildən Florensiya Respublikasının kapitan-generalı və 1516-cı ildən Urbino hersoqu. O, Pyero di Lorenso Mediçinin və Alfonsina Orsininin oğlu, Lorenso Mediçinin nəvəsi, Fransa kraliçası Yekaterina Mediçinin atası idi.
Həyatı Mediçi nəslindən olan Roma Papası X Lev ailəsinin mənafelərini qorumaq məqsədilə della Rovere nəslindən müsadirə edilmiş Urbino hersoqluğunun idarəçiliyini 24 yaşlı qardaşı oğlu Lorensoya vermişdir. I Françesko Mariya della Rovere Urbino müharibəsi gedişində şəhərin idarəçiliyini yenidən özünə qaytarmağa nail olmuşdur. Lorenso Urbinonun fəthi üçün yola düşən 10 minlik dəstəyə rəhbərlik etmiş, lakin yaralanaraq Toskanaya əliboş qayıtmalı olmuşdur. O, hersoqluğun idarəçiliyini yalnız müharibəyə son qoyan 1517-ci il Urbino müqaviləsi ilə geri qaytara bilmişdir.
Lorentso de Mediçi Madlen de la Tur ilə evlənmişdir. Onların qızı, gələcək Fransa kraliçası Yekaterina Mediçi atasının ölümündən üç həftə əvvəl anadan olmuşdur. Florensiya hersoqu Alessandro Mediçi onun nikahdankənar oğlu olmuşdur.
Urbino hersoqunun vaxtsız ölümünə, ehtimal ki, sifilis xəstəliyi səbəb olmuşdur.Согласно французскому летописцу Флорандж, Лоренцо был болен сифилисом во время его брака и передал эту болезнь Мадлен. Florange, Knecht, Catherine de’ Medici, 8. Marşal de Floranjın qeydlərinə görə, Lorenso hələ nikah bağlanan zaman bu xəstəliyə yoluxmuş və onu Madlenə də keçirmişdir.
Lorenso de Mediçi Mediçi kapellasında Mikelancelo tərəfindən ucaldılmış möhtəşəm məqbərədə dəfn olunmuşdur. Ermitaj muzeyində saxlanılan və Mikelancelonun əsəri olan "Büzüşmüş oğlan" heykəli ilkin olaraq Lorensonun başdaşı üzərində ucaldılmaq üçün nəzərdə tutulmuşdur.
Florensiyalı yazıçı Nikkolo Makiavellinin "Hökmdar" (1513) traktatı xarici işğalçıları ölkədən qovaraq bütün İtaliyanı birləşdirə biləcək gənc bir hakim kimi məhz Lorenso de Mediçiyə həsr olunmuşdur.
İstinadlar
Xarici keçidlər Католическая энциклопедия (The Catholic Encyclopedia)
Kateqoriya:Florensiya hökmdarları Kateqoriya:San-Lorenso bazilikasında dəfn edilənlər Kateqoriya:XVI əsr Avropa hökmdarları Kateqoriya:XVI əsr İtaliya zadəganları