Lola Rövşənbəyovna Yoldaşova və ya sadəcə Lola (; ) — Özbək müğənnisi, mahnı müəllifi və film aktrisası. O, Özbəkistanda 2003-cü ildə "Muhabbatim" ("Mənim məhəbbətim") mahnısı ilə məşhurlaşıb. Lola həm özbək, həm də rus dillərində mahnılar yazdırıb.
Lolanın ilk bədii film debütü 2004-cü il istehsalı olan "Sevinch" özbək filmində olub. O, filmdəki oyununa görə həm kino tənqidçilərindən, həm də pərəstişkarlarından müsbət rəylər alıb. Onun aktrisalıq karyerası 2005-ci ilin komediyası olan "Kelgindi kuyov" ("Gəlmə kürəkən") filmindəki baş rolu sayəsində yeni bir zirvəyə çatdı. O vaxtdan bəri o, bir neçə özbək filmində rol alıb.
2005-ci ildə Lola ailə qurub və fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə verib, lakin 2011-ci ildə bir sıra solo konsertlərlə şou-biznesə qayıtdı. 2015-ci ildə Reyhan Qəniyeva ilə duet ifa edərkən "milli mentalitetə zidd olan" qırmızı açıq bel libası geyindiyinə görə ona Özbəkistanın ifaçılara lisenziya verən dövlət agentliyi "Uzbeknavo" tərəfindən xəbərdarlıq edildi. Bu mübahisə 2015-ci ilin iyul ayında "Uzbeknavo" tərəfindən Lolanın lisenziyasının dayandırılmasına səbəb oldu. 2019-cu ilin noyabrında Lola müğənnilərin və musiqiçilərin senzurasını tənqid etdiyi "Sevgingni menga ayt" (Məhəbbətini mənə danış) sinqlına klip buraxdı. Lolanın özünün rejissorluq etdiyi bu video viral oldu və bir çox tənqidçi və pərəstişkar tərəfindən "sosial etiraz" və "inqilabi" kimi qiymətləndirildi. Həyatı Lola Yoldaşova 4 sentyabr 1985-ci ildə Səmərqənddə, "Tarona Records" səsinyazma studiyasının banisi Rövşənbəy Yoldaşov və Gülnarə Yoldaşovanın ailəsində anadan olub. Onun Anora və Əsal adında iki kiçik bacısı, Rüstəm adında isə kiçik qardaşı var. Şahzodanın oğlu Xalid onun ögey qardaşıdır.
Məktəbi bitirdikdən sonra o, Moskva Beynəlxalq Universitetində oxumaq üçün Moskvaya köçüb. Təhsilini başa vurduqdan sonra Daşkəndə qayıdıb və biznes dərəcəsi almaq üçün Daşkənddəki Vestminster Beynəlxalq Universitetinə daxil olub. O, daha sonra Daşkənd Dövlət Hüquq Universitetinə keçib və orada hüquqşünas ixtisası üzrə məzun olub.
2005-ci ildə Lola daşkəndli iş adamı Şahruxla ailə qurub. Onların Şahinabəyəm və Şahdiyar adlı iki övladı var. Cütlük 2011-ci ildə boşanıb.
Yaradıcılığı Lola əvvəlcə Maya səhnə adı ilə çıxış edib və əsasən rus dilində oxuyub. O, Özbəkistanda 2003-cü ildə "Muhabbatim" ("Mənim məhəbbətim") mahnısı ilə məşhurlaşıb. 2005-ci ilin oktyabrında Lola ailə qurdu və qeyri-müəyyən müddətə fasilə verdi, lakin 2011-ci ilin noyabrında "Senga" ("Sənin üçün") adlı bir sıra solo konsertlərlə şou-biznesə qayıtdı.
Lola kino debütünü 2004-cü il istehsalı olan "Sevinch" özbək filmində edib. Film kinoteatrlarda uğur qazandı və Lola xərçəng xəstəsi olan qız obrazını canlandırdığına görə müsbət rəylər aldı. Onun "Orzu" mahnısı film üçün saundtreklərə daxil edilən mahnılardan biri idi.
Lola 2005-ci ildə populyar komediya olan "Kelgindi kuyov" ("Gəlmə kürəkən") filmindəki baş rolu ilə Özbəkistan kino sənayesində yüksək populyarlıq qazandı. O vaxtdan bəri o, bir neçə filmdə rol alıb.
2015-ci il qalmaqalı Lola 24 fevral 2015-ci ildə Reyhan Qəniyevanın konsertində sonuncu ilə birlikdə "Ko'nikmadim" mahnısını ifa edərkən "milli mentalitetə zidd olan" qırmızı açıq bel libası geyindiyinə görө ifaçılara lisenziya verən Özbəkistanın dövlət agentliyi "Uzbeknavo" tərəfindən xəbərdarlıq almışdı.
2015-ci ilin martında "Uzbeknavo" qadın müğənnilərin çiyinlərini və ya ayaqlarını açıqda qoyan geyimlər geyinməmələri, ictimai tədbirlərdə "yarımçılpaq" görünməmələri və səhnədə heç bir seksual məzmunlu hərəkətlərə yol verməmələri barədə göstəriş verdi. Özbəkistan Baş nazirinin müavini və Dövlət Qadınlar Komitəsinin sədri Elmira Basitxanova belə demişdi: "Necə izah etmək olar ki, bəzi qadın müğənnilərimiz milli üslubdan tamamilə uzaq, həddindən artıq açıq-saçıq üslubda geyinir, ailəvi baxış üçün nəzərdə tutulmuş televiziya kanallarında efirə çıxır, heç bir tənqidə məruz qalmayan mesajları olan mahnılar və yüngülvari video-kliplər oxuyurlar?" Basitxanovanın bu sözlərindən sonra "Uzbeknavo" 14 iyul 2015-ci ildə Lolanın lisenziyasını dayandırdı.
2019-cu il senzura klipi 2019-cu ilin noyabrında Lola öz şəxsi YouTube kanalında Özbəkistanda müğənnilərin və musiqiçilərin senzurasını tənqid etdiyi "Sevgingni menga ayt" (Məhəbbətini mənə danış) sinqlı üçün ikinci musiqi klipini yayımladı. Lolanın özünün rejissorluq etdiyi video viral oldu və tanınmış özbək rejissoru Əli Həmroyev də daxil olmaqla, bir çox tənqidçi və pərəstişkar tərəfindən "sosial etiraz" və "inqilabi" adlandırıldı. Lakin Özbəkistan hökumət rəsmiləri musiqi klipini tənqid edərək bildirdilər ki, "bütün kliplər, bütün musiqi və mahnılar özbək mentalitetinə uyğun olmalıdır". 2020-ci ildə müğənni bütün videoları ilə birlikdə YouTube kanalını silmişdir.
Mükafatları Lola karyerası ərzində bir neçə mükafat alıb. O, 2004-cü ildə Özbəkistanın musiqi sənayesində görkəmli nailiyyətlərə görə verilən "Tarona" mükafatını "Ən yaxşı səhnə geyimi" nominasiyasında qazanıb. O, həmin mükafatı 2005-ci ildə yenidən əldə edib. Lola 2005-ci ildə "Ən yaxşı qadın müğənni" nominasiyasında növbəti "Tarona" mükafatını qazanıb.
Berlin Musiqi Klipi Mükafatları Berlin Musiqi Klipi Mükafatları musiqi klipləri sənətini təbliğ edən beynəlxalq festivaldır. 2026-cı il buraxılışı üçün Lola "O'zicha" adlı musiqi klipi ilə "Ən yaxşı konsepsiya" kateqoriyasında namizəd göstərilib. Nəticələr hələ də gözlənilir.
Diskoqafiyası Studiya albomları Lola Yoldaşovanın 15 studiya albomu var. Netayin? (2002) Muhabbatim (2004) Topdim baxtimni (2005) Imkon ber (2010) Senga (2011) Sogʻindim (2012) Kel (2014) Musiqili videoları İl Adı Rejissor1999 "Shiribum" "Bahor"2001 "Потерялись"2002 "Отпусти" "Netayin?"2004 "Muhabbatim" Ice TIM (Temur Qodirov) "Orzu" Ice TIM (Temur Qodirov) "Qachon?" "Sehrgar" "Toshkent-Samarqand" "Tugʻilgan kun" Ice TIM (Temur Qodirov) "Undan ninmam kam?" (Bolaların iştirakı ilə) "Xayr, opajonim"2005 "Ichim yonar" "Qizginam" (İsmail Cəlilov və Nəsibə Abdullayevanın iştirakı ilə) "Sevgilim" "Sogʻinch" "Topdim baxtimni" "Yuragim"2006 "Koʻz yoshim" Bahodir Yoʻldoshev "Qolaymi" "Chin muhabbat"2010 "Baxt bor" "Imkon ber" "Qiynalar qalbim"2011 "Asta" "Senga"2012 "Nega?" "Aylanma" "Endi yoʻq" "Jonim sogʻindim" "Qaytmaydi" Muhammad Ali Iskandarov "Yomonlama"2013 "Endi yoʻq" (Remix) Yodgor Nosirov "Kel" Yodgor Nosirov "Love Me" Yodgor Nosirov "Yigʻlar osmon" (Şohruxonun iştirakı ilə)2014 "Super Love" "Jonim ayt" Yodgor Nosirov "Yulduz" (DJ Piligrimin iştirakı ilə) Jasur Shametov "Farhod va Shirin"2015 "Imagine" (Con Lennon cover) (DJ Piligrimin iştirakı ilə) Timur Primkulov "Koʻnikmadim" (Reyhan Qəniyevanın iştirakı ilə) Jasur Shametov "Sevgimsan" Yodgor Nosirov "Xayr" Timur Primkulov "Отцвели хризантемы" "Yaralangan qanot" Sarvar Azimov "Sevgimsan" (Alternativ versiya) 2016 "Sogʻindim" Sanjar Matkarimov "Я вода" Timur Primkulov "Erkatoy" Sanjar Matkarimov, Narimon Sultonxoʻjayev "Xabar ol" Sanjar Matkarimov, Mansur Vasati "Bilmaysan" Sanjar Matkarimov, Rustam Murodov2017 "Hayot davom etar" (Raşid Xoliqovun iştirakı ilə) 2019 "Qaytmayman" "Sevgingni menga ayt" "Sevgingni menga ayt 2" Lola Yoʻldosheva Filmoqrafiyası
Aktrisa kimi + Filmlər İl Film Rollar Qeydlər1999 Navroʻz ayyomi Herself Musical2004 Sevinch Sevinch2005 Kelgindi kuyov Zaynab2006 Voy dod sumalak Herself Musical Yarim baxt Komila2011 Jodugar Ruhshona Yondiradi, kuydiradi Lola Gʻaroyib orzular Herself Musical2014 Bu telba muhabbat yoxud Farhod va Shirin Shirin2016 Taqdir hazili Herself Musical2019 Goʻdak nolasi
+ Televiziya da işi İl Ad Rol Qeydlər2010 Mehribonginam Herself Cameo
+ Musiqi videoları İl Ad Artist kimi2006"Oyijon"Tohir Sodiqov
Senarist kimi + Film İl Film Qeydlər2019 Goʻdak nolasi
İstinadlar
Xarici keçidlər
Официальный сайт Фотографии Лолы из её концерта в 2011 году в Ташкенте Официальная страница Вконтакте Официальная страница Инстаграм
Kateqoriya:Özbəklər Kateqoriya:Özbəkistan musiqiçiləri Kateqoriya:Özbəkistan müğənniləri Kateqoriya:XXI əsr qadın müğənniləri Kateqoriya:Özbəkistan aktrisaları