Madlen de la Tur d'Overn (; ) — de la Tur d'Overn zadəgan nəslinin böyük qolunun nümayəndəsi, Overn qrafı IV Jan de la Tur d'Overn ilə Janna de Burbon-Vandomun kiçik qızı, Urbino hersoginyası. O, de la Tur d'Overn hakim sülaləsinin sondan ikinci nümayəndəsi idi.

Nikahı Madlen de la Tur 5 may 1518-ci ildə Ambazuaz qəsrində II Lorenso di Pyero de Mediçi ilə evlənmişdir. Bu nikah Fransa kralı I Fransiskin dəstəyini qazanmaq istəyən Papa X Lev tərəfindən təşkil edilmişdir. Toydan sonra o, həyat yoldaşı ilə birlikdə öz mülkü olan Overndə yaşamışdır. 1518-ci ilin sentyabr ayında papanın istəyi ilə həyat yoldaşları Florensiyaya köçmüş və Via Larqada yerləşən Mediçi sarayında məskunlaşmışlar.

13 aprel 1519-cu ildə Madlen gələcək Fransa kraliçası Yekaterina Mediçini dünyaya gətirmiş və iki həftə sonra zahılıq qızdırmasından vəfat etmişdir. Lorenso Mediçi həyat yoldaşının ölümündən altı gün sonra, sifilis xəstəliyinin ağırlaşdırdığı ağciyər vərəmindən vəfat etmişdir.Согласно французскому летописцу Флорандж, Лоренцо был болен сифилисом во время его брака и передал эту болезнь Мадлен. Florange, Knecht, Catherine de’ Medici, 8. Onların hər ikisi San-Lorenso kilsəsində yerləşən Mediçi kapellasında, Mikelancelo tərəfindən hazırlanmış məqbərədə dəfn olunmuşdur.

Madlenin böyük bacısı Anna atasının ölümündən sonra Overn qraflığını miras almış və Olbani sülaləsinin ikinci hersoqu Con Stüart ilə evlənmişdir. O, bacısından cəmi beş il çox yaşamış və övladı olmadan vəfat etmişdir. Bunun ardınca Overn, Bulon qraflıqları və La Tur baronluğu Yekaterina Mediçiyə, daha sonra isə Fransa tacına keçmişdir.

İstinadlar

Xarici keçidlər Католическая энциклопедия (The Catholic Encyclopedia)

Kateqoriya:Fransa zadəganlığı